Yaponiyada güclü qar yağışı 46 nəfərin ölümünə səbəb olub

Güclü soyuq hava kütləsi Yapon dənizi sahillərinə intensiv qar yağışı gətirib

By
Yaponiyada güclü qar yağışı 46 nəfərin ölümünə səbəb olub / AFP

Yanğın və Fəlakətlərin İdarə Olunması Agentliyinin açıqladığı son məlumatlara görə, təxminən üç həftə davam edən güclü qar yağışı Yaponiyada 46 nəfərin həyatını itirməsinə, 558 nəfərin isə yaralanmasına səbəb olub.

Yanvar ayının sonundan bəri davam edən qar yağışı ölkənin şimalında yaşayış məntəqələrini qar altında qoyub, xüsusilə Yapon dənizinə baxan sahil zolağında nəqliyyatın intensivləşməsinə gətirib çıxarıb.

Polis və yerli hakimiyyət orqanlarının fevralın 10-da (bu gün) verdiyi məlumata əsasən, ölüm hallarının bir çoxu damlardan düşən iri qar kütlələri və ya insanların qarı təmizləməyə çalışarkən yıxılması nəticəsində baş verib.

Yaponiya Hidrometeorologiya Agentliyinin məlumatına görə, şimal regionlarda sakinlər hündürlüyü 1,3 metrə çatan qar örtüyü ilə mübarizə aparmaq məcburiyyətində qalıblar.

 

Yay aylarında “El Nino” ehtimalı

Yaponiya Hidrometeorologiya Agentliyi fevralın 10-da (bu gün) bildirib ki, yay aylarında “El Nino” hadisəsinin baş vermə ehtimalı 60 faiz təşkil edir. Bu hadisənin yaz aylarında yaranma ehtimalı isə 50 faiz olaraq qiymətləndirilir.

Qeyd edək ki, “El Nino” Şərqi və Mərkəzi Sakit okeanda okean səthinin temperaturunun isinməsi halı kimi tanınır. “La Nina” hadisəsi isə ekvatorial Sakit okean bölgəsində okean temperaturunun normadan aşağı olması ilə xarakterizə olunur və daşqınlar, eləcə də quraqlıqlarla əlaqələndirilir.