Donald Tramp:“Əgər Rusiya müharibəni sona çatdırmasa, Ukraynaya ''Tomahawk'' raketləri göndərəcəyik”
Donald Tramp Misirin Şarm əl-Şeyx şəhərinə səfər etməzdən əvvəl mətbuata açıqlama verib
ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər Rusiya ilə Ukrayna arasındakı münaqişə həll olunmazsa Ukraynaya “Tomahawk” raketləri tədarük edilə bilər.
Misirin Şarm əl-Şeyx şəhərinə səfər etməzdən əvvəl mətbuata açıqlama verən Donald Tramp deyib ki, Ukraynanın “Tomahawk” raketlərinə ehtiyacı var. O, Ukrayna prezidenti Volodimir Zelenski ilə apardığı danışıqlara toxunaraq deyib:
“Biz bu məsələni müzakirə etdik, nə olacağını görəcəyik. Açıq desəm, Rusiya ilə də bunu müzakirə etməliyik. ‘Tomahawk’ raketlərinin bu istiqamətdə tədarük edilməsini istəyərlərmi? Düşünmürəm. Əgər bu müharibə həll olunmasa mən onlara ‘Tomahawk’ göndərəcəyəm. Deyə bilərəm ki, ‘Tomahawk’ etibarlı və güclü silahdır. Bilirəm ki, münaqişə həll olunmasa, biz bunu edə bilərik’’.
Tramp bu açıqlamanı Ukrayna prezidenti Volodimir Zelenskinin oktyabrın 12-də Trampın Qəzzada atəşkəs planına bənzər bir yanaşmanın Rusiya-Ukrayna müharibəsini bitirə biləcəyini deməsindən sonra verib.
Zelenski həmçinin bildirib ki, ABŞ və Ukrayna tərəfləri Vaşinqtonun Kiyevə uzaqmənzilli “Tomahawk” qanadlı raketləri göndərməsi məsələsi üzərində işləyirlər.