ELM VƏ TEXNOLOGİYA
2 dəqiqə oxuma
5G texnologiyası Türkiyə iqtisadiyyatına 100 milyard dollar qazandıracaq
2030-cu ilə qədər tam tətbiqi planlaşdırılan 5G texnologiyası 1,5 milyon yeni iş yeri yaradacaq və rəqəmsal transformasiyanın əsas dayağı olacaq
5G texnologiyası Türkiyə iqtisadiyyatına 100 milyard dollar qazandıracaq
5G texnologiyası Türkiyə iqtisadiyyatına 100 milyard dollar qazandıracaq / Reuters

Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirinin müavini Ömər Fatih Sayan oktyabrın 3-də verdiyi açıqlamada qeyd edib ki, planlaşdırılan 5G texnologiyası və onun ardınca başlayacaq təşəbbüslər Türkiyə iqtisadiyyatına 2030-cu ilə qədər 100 milyard dollar qazanc təmin etməyi, eyni zamanda 1,5 milyon yeni məşğulluq potensialı yaratmağı hədəfləyir.

Bu barədə Ömər Fatih Sayan yerli sosial media platforması "Next Sosyal" üzərindən paylaşımında yazıb: “TBMM-nin yeni qanunvericilik ilinə 5G texnologiyası ilə başlaması, rəqəmsal transformasiya yolundakı qətiyyətin konkret göstəricisidir.”

Ö.Fatih Sayan parlament binasında başlanan sözügedən pilot tətbiqi “ölkənin hər yerində hədəflənən yüksək sürətli bağlantının qabaqcıl vizyonu”  kimi xarakterizə edib.

Nazir müavini həmçinin bildirib ki, bu addım təkcə texnoloji irəliləyiş deyil, eyni zamanda Milli Texnologiya Hərəkatı və Türkiyə Yüzilinin ən mühüm dəstəkçilərindən biridir.

Onun sözlərinə görə, əsas məqsəd ölkə əhalisinin hər bir nümayəndəsinin yüksək sürətli bağlantının gətirəcəyi iqtisadi rifahdan, artan təhlükəsizlikdən, keyfiyyətli səhiyyə və təhsil imkanlarından faydalanmasıdır.

Ö.Fatih Sayan deyib: “Türkiyənin rəqəmsal gələcəyini müəyyən olunmuş milli standartlara və sarsılmaz qətiyyətə əsaslanaraq, təhlükəsiz və şəffaf şəkildə qurmağa davam edəcəyik.”

Qeyd edək ki, Türkiyə dövləti 5G texnologiyasını tam şəkildə tətbiq etməyi və gələn ilin aprel ayından etibarən bir çox sektorda çevik dəyişikliklərə başlamağı planlaşdırır.

Xatırladaq ki, ölkə mobil rabitəyə 1991-ci ildə 1G ilə keçid edib, ardınca 1994-də 2G, 2009-da 3G və 2016-da 4.5G ilə bu istiqamətdə irəliləyib. 5G üçün hazırlıqlar 2019-cu ildən etibarən həyata keçirilib və hazırda son mərhələyə çatdırılıb.

Bu il avqust ayında 5G paylanması üçün minimum tezlik dəyərləri rəsmi olaraq açıqlanıb. Ümumilikdə 11 tezlik paketi üçün minimum tezlik dəyəri 2,1 milyard dollar olaraq müəyyən edilib.

Türkiyə Rabitə və İnformasiya Texnologiyaları Qurumunun (BTK) hazırladığı 5G hərrac elanının mətni isə avqustun 31-də Prezident fərmanı ilə yayımlanıb.

5G texnologiyasının sınaq tətbiqləri Türkiyənin dörd böyük futbol klubunun stadionlarında, İGA İstanbul Hava Limanında, TBMM-də və ölkə üzrə təxminən 30 müxtəlif müəssisədə həyata keçirilib.

MƏNBƏ:TRT
Araşdırma
TRT Akademiyasında "Mediada süni intellekt təlimi"
Türkiyənin AKYA torpedosu atış testində hədəf gəmisini uğurla məhv edib
NATO nümayəndə heyəti Türkiyənin müdafiə sənayesi nəhəngi "Baykar"da oldu
Türkiyədə ilk dəfə səkkizistiqamətli çarpaz qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
NASA Aya son sınaq missiyası olan "Artemis 3" üçün dörd nəfərlik heyətin tərkibini açıqlayıb
"SpaceX"in "Starship" sınaq uçuşu son dəqiqə texniki nasazlığı səbəbindən təxirə salınıb
“SAHA Expo 2026” Beynəlxalq Müdafiə, Aviasiya, Kosmik Sənaye Sərgisində ixrac müqavilələri imzalandı
SAHA 2026 müdafiə və aviasiya sərgisi İstanbulda start götürüb
"Artemis II" heyəti Ay ətrafındakı uçuşdan sonra Sakit okeana eniş edir
Tarixi missiyada Artemis astronavtları Ayın yaxınlığından keçməyə hazırlaşırlar
“Artemis II” missiyasının heyəti Ay səfərində uğurla irəliləyir
Türkiyə fırlatdığı yeni peyklərlə kosmosda müstəqillik yolunda irəliləyir
Türkiyə 2.000 kilometr mənzilli yeni kamikadze PUA sistemini təqdim etdi
“Baykar” və “Leonardo” Avropada istehsal olunacaq PUA-lar üçün əməkdaşlığı genişləndirir
Türkiyə və İtaliya arasında PUA tərəfdaşlığı ilk istehsal hədəfinə yaxınlaşır
NASA “Artemis II” missiyasına hazırlaşır
Cənubi Koreya Norveçlə müdafiə sənayesi sahəsində saziş bağlayıb
Böyük Britaniya və Fransada gənclər üçün sosial medianın qadağa edilməsi məsələsi müzakirə olunur
Türkiyə qlobal okeanların qorunması üzrə sazişin qüvvəyə minməsində mühüm rol oynayır
2025-ci il qeydlərə görə ən isti üçüncü il olub