TÜRKİYƏ
1 dəqiqə oxuma
Ərdoğan: "İsrailin ekspansionist gündəliyi regional sülhü təhdid edir"
Rəcəp Tayyib Ərdoğan İsrailin ekspansionist siyasətinin bölgə üçün ən ciddi təhlükəsizlik təhdidi olduğunu bildirib
Ərdoğan: "İsrailin ekspansionist gündəliyi regional sülhü təhdid edir"
Rəcəp Tayyib Ərdoğan və Əbdülməcid Təbbun / AA

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan mayın 7-də paytaxt Ankarada Əlcəzair prezidenti Əbdülməcid Təbbun ilə görüş keçirib.

Dövlət başçısı görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında deyib: “Qəzza, İordan çayının qərb sahili və Livandakı İsrail təcavüzü bölgəmiz üçün əsl təhlükəsizlik probleminin mövcud hökumətin ekspansionist, hüquq və qayda tanımayan siyasəti olduğunu bir daha nümayiş etdirdi.

Türkiyə və Əlcəzair olaraq, bölgəmizin sülh və təhlükəsizliyini ciddi şəkildə təhdid edən zorakılıq dövrünün sona çatması ilə bağlı ortaq mövqeyimiz var. Əlcəzairlə dostluğumuzu və əməkdaşlığımızı hər iki tərəf üçün faydalı bir yanaşma əsasında bütün sahələrdə inkişaf etdirməyə davam edəcəyik”.

Əlcəzair prezidenti Əbdülməcid Təbbun da İsrailin bölgədəki hərəkətlərini pisləyib: “İsrail işğalının beynəlxalq hüququ pozmasını, qardaş Livana qarşı açıq hücumlarını və Qəzzadakı vəhşi hücumlarını kəskin şəkildə qınayırıq”.

Əməkdaşlığın gücləndirilməsi

Ərdoğan Təbbunu Prezident Administrasiyasında qarşılayıb. Liderlər daha sonra Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına həmsədrlik edib və ikitərəfli sazişlərin imzalama mərasimində iştirak ediblər.

Ərdoğan Ankaranın enerji, mədən sənayesi, nəqliyyat və kənd təsərrüfatı kimi strateji sektorlarda Əlcəzairlə əməkdaşlığı gücləndirmək əzmində olduğunu bildirib.

Dövlət başçısı iki ölkənin enerji təchizatı təhlükəsizliyi, xüsusilə təbii qaz məsələsində uzunmüddətli əməkdaşlığı dərinləşdirməyə davam etdiyini sözlərinə əlavə edib.

Təbbun isə Əlcəzair və Türkiyənin iqtisadi əlaqələri şaxələndirməyi və ortaq tarixi mirası qorumağı hədəflədiyini qeyd edib.

Araşdırma
Ərdoğan: "Türkiyə Qırmızı Aypara Cəmiyyəti qlobal humanitar yardım səyləri ilə seçilir"
Türkiyə iki tərəf arasında imzalanan hərbi razılaşmaya sərt cavab verəcəyi barədə xəbərdarlıq edib
R.T.Ərdoğan Türkiyə Qızıl Aypara Cəmiyyətinin 158-ci ildönümü münasibətilə təbrik mesajı yayıb
Prezident Ərdoğan: "İsrailin Suriya və Livanda həyata keçirdiyi hücumlar Türkiyəyə təhlükə yaradır"
Türkiyə COP31 iqlim sammitinə ev sahibliyi müqaviləsini imzalayıb
Hakan Fidan Prezident Ərdoğanı Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi sammitində təmsil edəcək
Türkiyənin T3 Fondu Avropanın nüfuzlu elm mükafatını qazanıb
Rəcəb Tayyib Ərdoğan Delsi Rodriqeslə görüşüb
Türkiyə, Azərbaycan və Gürcüstan arasında İstanbul Bəyannaməsi qəbul edilib
TUSAŞ hərbi aviasiya texnologiyaları sahəsində uğurla inkişaf edir
Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Qəzza məsələsi ilə bağlı Qahirədə səfərdədir
H.Fidan: “ Türkiyə və Hindistan bəzi problemləri mötərizəyə alaraq müsbət əlaqələr qurmalıdır”
Hakan Fidan: "Tələb olunarsa, Hörmüz boğazındakı mina təmizləmə işlərinə dəstək verə bilərik"
Sıfır Tullantı Festivalında ziyarətçi sayı 400 mini ötüb
Sıfır Tullantı Forumunda "Qlobal Sıfır Tullantı Regionları Təşəbbüsü" proqramı təqdim edilib
Əminə Ərdoğan "Sıfır Tullantı Forumu 2026" tədbirində iştirak edib
B.Duran Ümumdünya Ətraf Mühit Günü münasibətilə təbrik mesajı yayımlayıb
Sıfır Tullantı Festivalı Atatürk Hava Limanında davam edir
Qara dənizdə Türkiyəyə məxsus balıqçı gəmisinə hücum edilib
Hakan Fidan Banqladeşə rəsmi səfər edəcək