Mosab Abu Toha kimdir?
Born in 1992 in the Al-Shati refugee camp, Abu Toha came of age under blockade and bombardment. Photo: City Lights Publishers / Other
Mosab Abu Toha kimdir?
Onun Qəzzada bombalanan bir qaçqın düşərgəsindən Harvardin zallarına və Pulitzer səhnəsinə qədər uzanan həyatı alov püskürən şeir kimi oxunur

  Fələstinli şair və yazıçı Mosab Əbu Toha 2025-ci ildə “Pulitzer” mükafatına layiq görüldü. Həyatının böyük hissəsini keçirdiyi Qəzzadakı yaşayış və itkilərdən bəhs edən, “The New Yorker” jurnalında dərc olunan güclü esseləri ilə bu mükafatı qazanıb. O, “X” sosial platformasında “Pulitzer” mükafatı qazandım” – deyə bəyan edərək “Ümidlər çin olsun” deyib. Bu mükafat İsrailin mühasirədə saxladığı Qəzzaya qarşı 18 aydır davam edən hücumları nəticəsində 52 mindən çox fələstinlinin həyatını itirdiyi bir dövrdə verilib.

  32 yaşlı Əbu Toha Qəzzanın cənubundakı Şucaiyyə bölgəsinə İsrail hava hücumu nəticəsində qardaşı, bacısı və onun dörd övladı ilə birlikdə ölən fələstinli yazıcı Rəfaat Alareerin şeirindən sitat gətirib. İngilis ədəbiyyatı professoru olan Alareer karyerasını işğal altındakı Fələstin ədəbiyyatını dəstəkləməyə həsr etmişdi. O, 2014-cü ildəki İsrail hücumundan sonra başladığı “Biz sadəcə rəqəmlərdən ibarət deyilik” layihəsi ilə gənc səsləri ön plana çıxarmışdı. Bu təşəbbüs fələstinlilərin statistikaya çevrilməsinə qarşı çıxmaq məqsədi daşıyırdı.

  “Pulitzer” mükafatı komitəsi Əbu Tohanın “Qəzzadakı fiziki və emosional dağıntını dərindən araşdıraraq jurnalist qələmi və xatirələrin səmimiyyəti ilə birləşdirərək fələstinlilərin İsraillə bir il yarımdan artıq davam edən müharibə təcrübəsini əks etdirən esselərini tərifləyib. Mosab bu əsərlərində mühasirə altında ailəsi ilə birlikdə qida tapmaq üçün çəkdiyi iztirabı və müharibədən əvvəlki şirin yemək xatirələrini bir araya gətirib. Komitə onun dörd essesini xüsusi vurğulayıb: “Artıq mövcud olmayan mənzərəyə dair xatirələr”, “Cəbəliyyə qaçqın düşərgəsi”, “Qəzzada qida mübarizəsi” və “ABŞ-a gəldikdən sonra yaşanan xüsusi yoxlamalar”.

  “O qədər Qəzzaya qayıtmaq, ana-atamla mətbəx masasının ətrafında oturmaq, bacılarımla çay içmək istəyirəm ki... Bir şey yemək vacib deyil. Sadəcə onları yenidən görmək istəyirəm,” - deyə yazıb Əbu Toha.

  1992-ci ildə “Şati” qaçqın düşərgəsində doğulan Mosab mühasirələr və bombardmanlar altında böyüsə də, Qəzzadan dünyaya səsini çatdıraraq nəsilinin ən güclü ədəbi səslərindən birinə çevrilə bilib.

  Bu gün akademik olan şair Əbu Tohanın əsərləri “The Atlantic”, “The New York Review of Books” və “The New Yorker” kimi nəşrlərdə yer alır. Onun 2022-ci ildə dərc olunan ilk şeir kitabı “Things You May Find Hidden in My Ear”  Fələstin və Amerika kitab mükafatları ilə təltif olunub.

Qəzza mühasirəsindən Harvard dəhlizlərinə

  Mosab Əbu Toha Qəzza İslam Universitetindən ingilis dili və ədəbiyyatı üzrə bakalavr dərəcəsi alıb və BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məktəblərində 3 il ingilis dili müəllimi işləyib.

  Yazıçı 2014-cü ildə bombalanmış binanın dağıntıları arasından çıxardığı bir kitabdan ilham alaraq Beyt Lahiyədə Qəzzanın ilk ingilis dili kitabxanası olan Edvard Said kitabxanasını qurub. Noam Çomski bu kitabxananı “Qəzza gəncliyi üçün nadir bir ümid və işıq qığılcımı” adlandırıb. 2019-cu ildə Qəzzada ikinci şöbəsi açılan kitabxana müharibə şəraitində nadir bir mədəni sığınacaq yeridir. Elə həmin il Mosab Abu Toha Təhlükə Altındakı Akademiklər Proqramı vasitəsilə Harvard Universitetində Fəxri tədqiqatçı olaraq işə başlayıb. Hauton (Houghton) kitabxanasında çalışdığı zaman o universitetin İlahiyyat fakültəsində “Araşdırma təqaüdü” qazanıb.

  2023-cü ildə Sirakuze (Syracuse) universitetindən yazıçılıq üzrə İncəsənət magistr dərəcəsi alıb və daha sonra həmin universitetdə müəllim işləyib.

Həbs, işgəncə, azadlıq

  Həyat yoldaşı Maram və üç az yaşlı övladı ilə birlikdə Qəzzanın şimalındakı Beyt Lahiyədən qaçmağa çalışarkən İsrail qüvvələri tərəfindən tutulur və bir nəzarət məntəqəsində saxlanılır. İsrail qüvvələrinin yaxınlaşan hücumlarla bağlı xəbərdarlığından sonra onlar Cəbəliyyə qaçqın düşərgəsinə sığınır. Lakin tezliklə bu düşərgə də hədəfə alınır:  hava hücumu onların qaldıqları yerə cəmi 70 metr məsafədə baş verir. 2023-cü il 13 oktyabr tarixində Qəzzadakı evlərinə edilən hava hücumu nəticəsində iki əmisi oğlu, onların həyat yoldaşları və bütün uşaqları da daxil olmaqla ailəsindən 31 nəfər həlak olur. Oktyabrın 28-də isə Beyt Lahiyədəki evləri bombalanır. Artıq bir evi qalmayan Əbu Toha təxliyə olunmaq üçün müraciət edir. ABŞ rəsmiləri ona və Amerika vətəndaşı olan oğlu da daxil olmaqla ailəsinə Rəfah sərhəd qapısından Misirə keçmək icazəsi veriləcəyini bildiri. Lakin Rəfaha çatmazdan əvvəl Qəzzanın şimalından cənuba gedərkən İsrail qüvvələri tərəfindən yenidən saxlanılır. Beynəlxalq təşkilatların təzyiqləri nəticəsində azadlığa buraxılır və ABŞ-a getməyinə icazə verilir.

  Fələstinli-kanadalı vəkil Diana Buttu “Time” jurnalına verdiyi müsahibədə Mosabın həyat yoldaşının bu sözlərini deyib: “O, oğlunu yerə qoymağa məcbur oldu. Hamısı əlləri havada yeriməyə məcbur edildilər. Bu vəziyyətdə təxminən 200 nəfər saxlanıldı.”

  “The New Yorker” jurnalında (20 noyabr 2023) Maykl Luo Mosabın həbs olunduğu xəbərini təsdiqlədi. “PEN America” və “PEN İnternational” onun təcili azadlığa buraxılması üçün çağırış etdi. Ertəsi gün “Democracy Now” onun Negevdəki İsrail həbsxanasından azad olunduğu barədə məlumat verdi.

  Döyülən, xəstəxanaya yerləşdirilən və nəhayət, Qəzzanı tərk etməsinə icazə verilən Əbu Toha Mosab dostu Rəfaat Alareerin itkisi kədərini də daşıyırdı. 2024-cü ilin yanvar ayında “Democracy Now”a verdiyi müsahibədə deyib: “O, ölmək istəməyən biri idi. Bədəni hələ də dağıntıların altındadır. Mən onu təkcə şeirləri ilə deyil, çiyələk yığarkən, universitetdə zarafatlaşarkən - birgə keçirdiyimiz xoş anlarla xatırlayıram… Əminəm ki, Rəfaatın bədəni Qəzza dağıntıların altında qalsa da, ruhu hər şeyi izləyir. Azad dünya səmasındakı uçurtmaları izləyir. Yeganə ümidi odur ki, onlar Qəzza göylərində uçsun, uşaqlara, analara, atalara və Fələstində hər kəsə İsrailin hava hücumlarından artıq azad olduqları müjdəsini versin.”

MƏNBƏ:TRT Global
Araşdırma
Beynəlxalq Şekspir Festivalı ABŞ-də mükafata layiq görüldü
Fotoqraf Saher Alghorra Qəzzadakı fəaliyyətinə görə Pulitzer mükafatına layiq görülüb
Daha bir tarixi əsər Türkiyəyə qaytarıldı
TRT-nin təşkil etdiyi növbəti Humanitar Film Festivalı üçün müraciətlər başlayıb
İspaniyalı sənətçilər müharibələrin dayandırılması və Fələstin üçün azadlıq tələb ediblər
98-ci “Oskar” mükafatı qalibləri müəyyən olub
TRT-nin ''Göy qurşağı faşizmi'' sənədli filmində LGBTQ təbliğatının qlobal təsirləri təhlil edilir
Türkiyənin ən qədim polifonik musiqi qurumu 200 illiyini qeyd edir
Karahantəpə 2025-ci ilin ən mühüm arxeoloji kəşfləri sırasında
''Palestine 36” filmi 98-ci ''Oskar''mərasimində Fələstini təmsil edəcək
Dünya şöhrətli rejissor Rob Reyner və həyat yoldaşı Los-Ancelesdəki evlərində ölü tapılıb
Yaponiyalı alimlər tibb və kimya üzrə Nobel mükafatına layiq görülüblər
Türkiyə Anadoluya aid tarixi əsərlərin ABŞ-dan geri qaytarılmasını alqışlayıb
Fransa dövləti qaçaqmalçılıq yolu ilə aparılan dinozavr skeletini Monqolustana qaytardı
Bir sıra ölkələr İsrailin ''Avroviziya'' mahnı müsabiqəsinə qatılmasına etiraz etdi
TRT İsrailin Avroviziyada iştirakı ilə bağlı mübahisələr fonunda EBU iclasını tərk edib
Türk serialları Ankaranın Banqladeşlə diplomatik əlaqələrini gücləndirməsinə necə töhfə verir?
Türkiyə Atatürkün Selanikdəki evini yenidən istifadəyə verərək qurucusunun irsini şərəfləndirir
Osman Həmdi bəyin portret əsəri  1,5 milyon dollara hərraca çıxarılıb
Türkiyədə 2 min 200 illik 60 qəbir aşkarlandı