SİYASƏT
2 dəqiqə oxuma
ABŞ qoşunları Qəzzadakı atəşkəsə nəzarət üçün İsrailə gəlib
Təxminən 200 ABŞ əsgəri atəşkəsin həyata keçirilməsinə nəzarət edəcək, lakin Qəzzaya daxil olmayacaq
ABŞ qoşunları Qəzzadakı atəşkəsə nəzarət üçün İsrailə gəlib
ABŞ qoşunları Qəzzadakı atəşkəsə nəzarət üçün İsrailə gəlib
11 oktyabr 2025

ABŞ mediasının yaydığı məlumata görə, ABŞ hərbçiləri Qəzza atəşkəsi sazişinin həyata keçirilməsini nəzarətdə saxlamaq məqsədilə yaradılacaq çoxmillətli missiyaya qoşulmaq üçün oktyabrın 11-də (bu gün) İsrailə gəlməyə başlayıblar.

“ABC News”un iki ABŞ rəsmisinə istinadən verdiyi xəbərdə bildirilib ki, təxminən 200 nəfərlik heyət atəşkəs sazişinə nəzarət üzrə koordinasiya mərkəzi yaratmaqla vəzifələndirilib.

Qeyd olunub ki, bu qrup logistika, təhlükəsizlik, nəqliyyat, planlaşdırma və mühəndislik sahələrində fəaliyyət göstərəcək.

Xəbərdə vurğulanıb ki, ABŞ hərbçiləri ancaq İsraildə qalacaq və Qəzzaya daxil olmayacaqlar. Missiya ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bredli Kuperin komandanlığı altında icra ediləcək və bölgədəki ölkələrin qüvvələri ilə əməkdaşlıq şəklində həyata keçiriləcək.

 

D.Trampın 20 maddəlik planı

Bu yerləşdirmə ABŞ prezidenti Donald Trampın oktyabrın 8-də açıqladığı bəyanatdan sonra reallaşıb. D.Tramp İsrail və “Həmas”ın 29 sentyabrda Qəzzaya qarşı aparılan soyqırım xarakterli müharibəni dayandırmaq üçün irəli sürülən 20 maddəlik planın ilk mərhələsi barədə razılığa gəldiklərini bildirmişdi.

Razılaşmaya əsasən, ”Həmas” bütün israilli əsirləri azad edəcək, qarşılığında isə təxminən 2.000 fələstinli məhbus buraxılacaq. İsrail isə mərhələli şəkildə Qəzzadan geri çəkiləcək.

İkinci mərhələdə “Həmas”ın iştirakı olmadan Qəzzada yeni idarəetmə mexanizminin yaradılması, fələstinlilər və müsəlmanlardan ibarət birgə təhlükəsizlik qüvvəsinin qurulması və “Həmas”ın silahsızlaşdırılması nəzərdə tutulur.

Xatırladaq ki, 2023-cü ilin oktyabrından bəri İsrailin hücumları nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla təxminən 67 min 200 fələstinli həyatını itirib. Bu müddət ərzində Qəzza demək olar ki, yaşanılmaz vəziyyətə düşüb.

MƏNBƏ:TRT
Araşdırma
G7 ölkələrinin yüksək vəzifəli diplomatları Ontarioda bir araya gəlir
Əhməd Şaraa : "Hazırda İsrail ilə normallaşma danışıqlarından söhbət gedə bilməz"
Knesset fələstinlilərə ölüm cəzası ilə bağlı qanun layihəsi qəbul edir
S.Lavrov Ukrayna məsələsi üzrə M.Rubio ilə görüşməyə hazır olduğunu bildirib
Ə.Şəraa D.Tramp ilə görüşmək üçün ABŞ-a səfər edib
Tanzaniyada 200-dən çox şəxs vətənə xəyanətdə ittiham olunur
ABŞ Cənubi Afrikada keçiriləcək G20 sammitinə qatılmayacaq
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”