Türkiyə dövləti Konqoda mədənin çökməsi hadisəsi ilə əlaqədər başsağlığı mesajı yayımlayıb

Konqo Demokratik Respublikasının şərqində mədənin çökməsi nəticəsində 200-dən çox insan həlak olub

By
Türkiyə dövləti Konqoda mədənin çökməsi hadisəsi ilə əlaqədər başsağlığı mesajı yayımlayıb / AA

Türkiyə dövləti Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən bir mədəndə baş vermiş torpaq sürüşməsi nəticəsində yaşanan insan tələfatı ilə əlaqədar başsağlığı mesajı ünvanlayıb.

Türkiyə Xarici İşlər Nazirliyi fevralın 1-də (bu gün) yaydığı açıqlamada rəsmi Ankaranın baş verən ölümlərə görə dərin kədər hissi keçirdiyini bildirib.

Açıqlamada deyilir: “Həlak olanların ailələrinə və Konqo Demokratik Respublikası xalqına başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik.”

Mediada yayılan məlumatlara görə, hadisə yanvarın 28-də Şimali Kivu əyalətində yerləşən koltan mədəni sahəsində baş verib və 200-dən çox insanın həyatını itirməsinə səbəb olub.