SİYASƏT
1 dəqiqə oxuma
Abbas Əraqçi: “İran ABŞ ilə danışıqlara hazırdır”
İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın müharibəyə tam hazır olduğunu, lakin eyni zamanda ABŞ ilə danışıqların da mümkünlüyünü bəyan edib
Abbas Əraqçi: “İran ABŞ ilə danışıqlara hazırdır”
Abbas Əraqçi: “İran ABŞ ilə danışıqlara hazırdır” / AA
12 yanvar 2026

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın müharibəyə tam hazır olduğunu, lakin eyni zamanda ABŞ ilə danışıqların da mümkünlüyünü bəyan edib.

Tehranda xarici ölkələrin səfirlərinə müraciət edən Əraqçi İranın müharibə tərəfdarı olmadığını, lakin özünümüdafiəyə hər an hazır olduğunu vurğulayıb.

"İran İslam Respublikası müharibə istəmir, lakin ona tam hazırdır. Biz danışıqlara da açığıq, lakin bu müzakirələr ədalət, bərabərhüquqluluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanmalıdır",-deyə Abbas Əraqçi qeyd edib.

Bu açıqlama ABŞ Prezidenti Donald Trampın İrandakı etirazlarla bağlı mümkün hərbi müdaxilə barədə xəbərdarlığından sonra verilib. Donald Tramp administrasiyasının İrandakı vəziyyəti yaxından izlədiyini və etirazlarda ölənlərin sayının artması fonunda “çox güclü variantları” nəzərdən keçirdiyini bildirib.

Jurnalistlərə açıqlama verən Donald Tramp deyib: "Ordu vəziyyəti təhlil edir və biz kəskin addımları müzakirə edirik. Qərarımızı yaxın zamanda verəcəyik".

Prezident həmçinin İranla bağlı hər saat məlumat aldığını qeyd etsə də, ABŞ-ın nə vaxt və hansı formada hərəkət edəcəyi barədə təfərrüatları açıqlamayıb.

Xatırladaq ki, İranda pisləşən iqtisadi vəziyyət səbəbindən dekabrın sonundan bəri genişmiqyaslı etiraz aksiyaları davam edir. ABŞ-da fəaliyyət göstərən HRANA insan hüquqları təşkilatının məlumatına görə, hadisələr zamanı 490 etirazçı və 48 təhlükəsizlik əməkdaşı həyatını itirib, 10.600-dən çox insan isə həbs olunub. Ölənlərin sayı ilə bağlı hələlik rəsmi Tehran tərəfindən dəqiq açıqlama verilməyib.

Araşdırma
Rəsmi Tehran: “ABŞ sanksiyaları ləğv edərsə, İran nüvə danışıqlarında güzəştə getməyə hazırdır”
İsrail Livanın cənubunu bombalayaraq atəşkəsi pozdu
İsrail hökuməti Ramazan ayında Məscidül-Əqsaya girişin məhdudlaşdırılmasını planlaşdırır
İranla nüvə danışıqları davam edərkən, daha bir təyyarədaşıyan gəmi Yaxın Şərqə doğru irəliləyir
Tramp İsrail Prezidentini Baş nazir Netanyahuya əfv qərarı ilə bağlı sərt tənqid edib
Lavrov: "Qrenlandiya hərbiləşdirilərsə, Rusiya hərbi seçimlər də daxil olmaqla tədbirlər görəcək"
Pezeşkian: "İran həddindən artıq tələblərə güzəştə getməyəcək"
Ukraynada fevralın sonunda prezident seçkiləri keçirilməsini planlaşdırılır
Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Türkiyəyə səfər edəcək
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Omana səfər edib
Sergey Lavrov Ukrayna ilə sülh danışıqlarını qiymətləndirib
Hakan Fidan: “Aviazərbələr İranda rejim dəyişikliyinə səbəb olmayacaq”
Somali və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığa dair müqavilə imzalandı
Tramp Çin liderinin ilin sonuna yaxın ABŞ-yə səfər edəcəyini bildirib
M.Pezeşkian ABŞ ilə aparılan nüvə danışıqlarını müsbət qiymətləndirib
ABŞ Qəzza üzrə sülh sammiti keçirməyi planlaşdırır
Rusiya Ukraynada elektrik şəbəkəsinə zərbə endirdi
B.Netanyahu: ''Misirin hərbi gücü yaxından izlənilməlidir''
Çin iki ölkəni dialoqu bərpa etməyə çağırıb
ABŞ blokuna qoşulan Cənubi Koreya Çin ilə nadir torpaq elementləri üzrə əməkdaşlıq edəcək