Donald Tramp İrana çağırış etdi
ABŞ prezidenti Donald Tramp İranı nüvə sazişi üzrə danışıqlara başlamaq üçün “masa arxasına keçməyə” çağırıb və növbəti hücumun daha ağır nəticələrə səbəb ola biləcәyi ilә bağlı xәbәrdarlıq edib
ABŞ prezidenti Donald Tramp İranı nüvə sazişi üzrə danışıqlara başlamaq üçün “masa arxasına keçməyə” çağırıb və növbəti hücumun daha ağır nəticələrə səbəb ola biləcәyi ilә bağlı xәbәrdarlıq edib.
Xatırladaq ki, Donald Tramp 2015-ci ildə İranla imzalanmış çoxtərəfli nüvə razılaşmasından ABŞ-ın çıxdığını elan etmişdi. Son açıqlamasında hərbi hücum ehtimalını yenidən gündəmə gətirən prezident İrana doğru yeni bir hərbi donanmanın hərəkət etdiyini bildirib. “Növbəti hücum daha şiddətli olacaq! Bunun bir daha təkrarlanmasına icazə verməyin”,-deyə Donald Tramp vurğulayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi isə son günlərdə ABŞ-ın xüsusi elçisi Stiv Vitkofla əlaqə saxlamadıqlarını qeyd edib. Baxmayaraq ki, hər iki tərəf bəzi hallarda diplomatiyanın vacibliyini qeyd edir, ABŞ-ın hərəkətə keçmə ehtimalı müəyyən dərəcədə qeyri-müəyyən olaraq qalır.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupunun artıq Yaxın Şərq sularında olduğunu təsdiqləsə də, gəmilərin dəqiq koordinatlarını açıqlamayıb.
ABŞ-ın artan hərbi təzyiqi fonunda İranın yüksək vəzifəli rəsmiləri dəstək qazanmaq üçün əsas ərəb ölkələri ilə sıx əlaqə saxlayaraq aktiv pərdəarxası diplomatiya yürütməyə çalışırlar.