DÜNYA
1 dəqiqə oxuma
''Qəzzada partlamayan hərbi sursatlar evlərinə qayıdanlar üçün böyük təhlükədir''
"Handikap İnternational" qeyri-hökumət təşkilatı minatəmizləmə əməliyyatları üçün zəruri olan avadanlıqların bölgəyə gətirilməsinə çağırış edib
''Qəzzada partlamayan hərbi sursatlar evlərinə qayıdanlar üçün böyük təhlükədir''
''Qəzzada partlamayan hərbi sursatlar evlərinə qayıdanlar üçün böyük təhlükədir'' / AA

Qəzzada partlamamış hərbi sursatlar ABŞ-ın rəhbərlik etdiyi atəşkəsdən sonra evlərinə qayıdanlar üçün böyük risk təşkil edir. "Handikap İnternational" qeyri-hökumət təşkilatı minatəmizləmə əməliyyatları üçün zəruri olan avadanlıqların bölgəyə gətirilməsinə çağırış edib.

Təşkilatın Fələstin ərazilərindəki nümayəndəsi Anne-Kler Yaeş deyib:"Risklər çox yüksəkdir – müharibənin başlanğıcından bəri Qəzzaya təxminən 70.000 ton partlayıcı atılıb."

"Handikap İnternational" minalardan təmizləmə və piyada əleyhinə minaların qurbanlarına yardım sahəsində fəaliyyət göstərən ixtisaslaşmış təşkilatdır.

Partlamamış bomba, qumbaraatan və digər mərmilər İsrailin Qəzzaya qarşı iki ildir davam edən müharibəsi zamanı bölgədə adi mənzərəyə çevrilib. Anne-Kler Yaeş qeyd edib ki, Qəzzanın sıx şəhər strukturu səbəbindən təhlükə daha da artıb.

Yanvar ayında BMT-nin Minalardan Təmizləmə Xidməti (UNMAS) Qəzzaya atılan sursatların 5-10 faizinin partlamadığını təxmin etmişdi.

UNMAS oktyabrın 10-da qüvvəyə minən atəşkəsdən sonra texniki ekspertiza tələblərinin artdığını, həmçinin humanitar yardım missiyaları üçün əvvəllər əlçatmaz olan ərazilərə girişə çağırıldığını bildirib.

Agentlikbildirib ki, sərhəddə Qəzzaya daxil olmaq üçün üç zirehli maşın gözləyir, lakin lazımi avadanlıqların gətirilməsi üçün hələ də İsrailin icazəsi gözlənilir.

Araşdırma
Nigeriyada mədən çöküb, ölən və yaralananlar var
İraq nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfər edib
Misirdə ticarət mərkəzində baş verən partlayışda üç nəfər ölüb, 17 nəfər yaralanıb
Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi olub
Abbas Əraqçi Fransaya reaksiya göstərib
İsrail qüvvələri Livanın cənubuna hava zərbələri endirib
Kolumbiyada dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 265-ə çatıb
Rusiya Prezidenti Vladimir Putin Kuril adalarına səfər edib
BƏƏ-yə məxsus təyyarənin Tehrana uçduğu iddia olunur
Qəzzada xilasetmə qrupları bölgədə dağıdılmış binaların altından cəsədləri çıxartmağa çalışır
Donald Tramp İrana etibar etmədiyini bəyan edib
Livan parlamenti ölüm hökmünü ləğv edən qanun layihəsini təsdiqləyib
ÜST:"Qəzzada minlərlə xəstə təxliyə olunmağı gözləyir"
Bəhreyn Pakistanı üçtərəfli müdafiə sazişi münasibətilə təbrik edib
BMT: İsrailin hərbi təcavüzü Qəzzada fələstinliləri təhlükə altına qoyur
İsrail rəsmisi ''Məkkə sazişi''nin İsrailə qarşı yönəldiyini açıqlayıb
Rusiya Kiyevi ballistik raketlərlə hədəf alıb, Zaporojyedə ən azı 5 nəfər həlak olub
Güclü külək Afina yaxınlığında yeni meşə yanğınına səbəb olub, təxliyə əmri verilib
"Dolfin" qasırğası Çinin şərqində 1,5 milyondan çox insanın təxliyəsinə səbəb olub
Küveyt Türkiyə və Səudiyyə Ərəbistanı ilə müdafiə sazişi imzaladığına görə Pakistanı təbrik edib