Fridrix Merts Əhməd Şəraanı Berlinə dəvət edib
Jurnalistlərə açıqlama verən Fridrix Merts bildirib ki, o, Şəraa ilə Suriyadakı siyasi keçid prosesi, iqtisadi dirçəliş və suriyalı qaçqınların geri qayıdışı məsələlərini müzakirə etmək niyyətindədir
Almaniya kansleri Fridrix Merts Suriya prezidenti Əhməd Şəraanı ikitərəfli münasibətlər və miqrasiya məsələlərini müzakirə etmək üçün Berlinə dəvət edib.
Jurnalistlərə açıqlama verən Fridrix Merts bildirib ki, o, Şəraa ilə Suriyadakı siyasi keçid prosesi, iqtisadi dirçəliş və suriyalı qaçqınların geri qayıdışı məsələlərini müzakirə etmək niyyətindədir.
“Suriyadakı vətəndaş müharibəsi artıq başa çatıb və ölkənin yenidən qurulması üçün bütün resurslarına, xüsusən də suriyalılara ehtiyacı var,” – deyə kansler qeyd edib.
Merts bildirib ki, Almaniyada yaşayan bir çox suriyalı vətənlərinə könüllü şəkildə qayıtmaq istəyir.
“Bilirik ki, onların böyük əksəriyyəti qayıtmaq arzusundadır. Biz bu prosesi təşviq edəcəyik və Suriyanın tez bir zamanda yenidən qurulmasına dəstək verəcəyik.”
Cinayət törətmiş və ya qanunsuz yaşayan suriyalıların deportasiyası ilə bağlı sualları cavablandıran kansler bildirib ki, hökumət bu məsələyə sərt yanaşır.
“Suriyada vətəndaş müharibəsi başa çatıb. Buna görə Almaniyada sığınacaq üçün artıq hüquqi əsas yoxdur. Düşünürəm ki, qaçqınların əksəriyyəti könüllü şəkildə öz ölkələrinə dönəcək və yenidənqurma prosesinə qatılacaq”, – deyə Fridrix Merts vurğulayıb.
Fridrix Merts bildirib ki, Suriyanın yenidən qurulması bu insanlar olmadan mümkün deyil. Almaniyada qalmaqdan imtina edənlər isə yaxın gələcəkdə deportasiya edilə bilərlər.”
Hazırda Almaniya 700 mindən çox suriyalı qaçqına ev sahibliyi edir. Rəsmi məlumatlara görə, daimi sakinlər və ikili vətəndaşlığa malik şəxslər də daxil olmaqla Suriya mənşəli əhalinin ümumi sayı təxminən 1,3 milyona çatıb.