Yeni elektron sistemi ilə təchiz edilən ''Kızılelma'' PUA-sı ilk sınaq uçuşunu uğurla başa vurdu

Türkiyənin '‘Bayraktar'‘ şirkəti tərəfindən istehsal edilən '‘Kızılelma'‘ pilotsuz uçuş aparatı ASELSAN-ın hazırladığı yeni elektron qalxan sistemi ilə təchiz olunaraq ilk sınaq uçuşunu uğurla tamamlayıb

By
Yeni elektron müdafiə sistemi ilə təchiz edilən Kızılelma PUA-sı ilk sınaq uçuşunu uğurla başa vurdu / AA

Türkiyənin '‘Bayraktar'‘ şirkəti tərəfindən istehsal edilən '‘Kızılelma'‘ pilotsuz uçuş aparatı ASELSAN-ın hazırladığı yeni elektron qalxan sistemi ilə təchiz olunaraq ilk sınaq uçuşunu uğurla tamamlayıb.

ASELSAN müasir hava döyüşlərində müdafiə imkanlarını artırmaq məqsədilə ‘‘Kızılelma’’ PUA-sını “FEWS-U” elektron müdafiə sistemi ilə təchiz edib.

Sistem pilotsuz uçuş aparatını 360 dərəcəlik elektron qalxanla əhatə edir və onu hər tərəfdən müdafiə edir. O, yaxınlaşan radar siqnallarını aşkar edir, onların hansı təhlükəyə aid olduğunu müəyyənləşdirir və siqnalın hansı istiqamətdən gəldiyini dəqiq şəkildə göstərir.

Sistem hər hansı bir təhlükə aşkar etdikdə, pilotsuz uçuş aparatını qorumaq üçün avtomatik olaraq müdafiə tədbirlərini işə salır.

Bu texnologiya pilotsuz uçuş aparatlarının (PUA) xüsusi quruluşuna, çəkisinə və texniki tələblərinə uyğun olaraq hazırlanıb.