Cevdet Yılmaz: "Türkiyə müdafiə sənayesində güzəştə getməyəcək"
Cevdet Yılmaz Türkiyənin getdikcə qeyri-sabitləşən dünyada çəkindirici qüvvə olmasının vacibliyini bildirərək,...
Cevdet Yılmaz Türkiyənin getdikcə qeyri-sabitləşən dünyada çəkindirici qüvvə olmasının vacibliyini bildirərək, "Nə qədər haqlı olsanız da, güclü deyilsinizsə, bu dünyada başqalarının mərhəmətinə güvənərək yaşaya bilməzsiniz" deyib.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türkiyənin müdafiə sənayesində heç vaxt güzəştə getməyəcəyini bildirib.
Türkiyə Böyük Millət Məclisində çıxış edən C.Yılmaz Türkiyənin müdafiə sənayesinə əhəmiyyət verməyə davam edəcəyini bildirib.
Yılmaz deyib ki, NATO üzvləri hər il ÜDM-nin 5 faizini müdafiə xərclərinə ayırmaq hədəfi qoyublar. Avropa İttifaqı "SAFE Proqramı"nı elan edib və geosiyasi risklər artıb. Belə bir dünyada Türkiyə çəkindirici qüvvə olmaq məcburiyyətindədir. Buna görə də müdafiə sənayesində heç bir zaman güzəştə gedilməyəcək.
Türkiyə həmişə diplomatiya və sülhə üstünlük verən bir ölkədir. Bunun isə konkret nümunəsi Qəzzadan Qarabağa, Ukraynadan Somaliyə və Efiopiyaya qədər bir çox məsələdə diplomatiya və sülhə necə üstünlük verməsidir.
Amma biz bunu da öyrəndik: nə qədər haqlı olsanız da, güclü deyilsinizsə, bu dünyada başqalarının mərhəmətinə güvənərək yaşaya bilməzsiniz. Bunu Qəzzada gördük. Həm güclü, həm də haqlı olacağıq. Hər ikisini eyni vaxtda etməliyik və Türkiyə Cümhuriyyəti olaraq bunu edəcəyik.