Rusiya Kiyevə ağır zərbələr endirib, ölənlər və yaralananlar var
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, Rusiyanın Ukrayna paytaxtına hücumları nəticəsində azı dörd nəfər həlak olub, 10 nəfər yaralanıb
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, Rusiyanın Ukrayna paytaxtına hücumları nəticəsində azı dörd nəfər həlak olub, 10 nəfər yaralanıb. Vitali Kliçko bu barədə rəsmi "Telegram" kanalında məlumat yayıb.
"Paytaxtda dörd nəfər həlak olub, on nəfər yaralanıb. Onlardan beşi xəstəxanaya yerləşdirilib, digərlərinə isə hadisə yerində tibbi yardım göstərilib", - deyə Vitali Kliçko bildirib.
Rusiya gecə saatlarında Ukraynanın digər şəhərlərini də hədəf alıb. Xarkovdakı hücumlarla bağlı məlumatlar hələlik təsdiqlənməyib.
Ukrayna Hərbi Hava Qüvvələri "Düşmən PUA-ları Kiyevə genişmiqyaslı hücumları davam etdirir!" deyə bəyanat yayıb. Ukrayna Hərbi Hava Qüvvələri bütün ölkə ərazisində raket təhlükəsinin olduğunu təsdiqləyib.