''TRT World Forum 2025'' oktyabrın 31-də öz işinə başlayacaq
Türkiyə Radio və Televiziya Qurumunun (TRT) təşkilatçılığı ilə keçirilən forum dünyanın müxtəlif ölkələrindən ekspertləri və yüksək vəzifəli rəsmiləri bir araya gətirəcək
Dünyanın aparıcı media platformalarından biri olan ‘‘TRT World Forum’’ bu il 31 oktyabr – 1 noyabr tarixlərində İstanbulda 9-cu dəfə keçiriləcək. Forum çərçivəsində qlobal reallıqların qeyri-müəyyənlik dövründə necə yenidən formalaşdığı müzakirə olunacaq.
Türkiyə Radio və Televiziya Qurumunun (TRT) təşkilatçılığı ilə keçirilən forum dünyanın müxtəlif ölkələrindən ekspertləri və yüksək vəzifəli rəsmiləri bir araya gətirəcək.
Forumun bu ilki mövzusu “Qlobal Yenidənqurma: Köhnə Nizamdan Yeni Reallıqlara”dır. Tədbirdə qlobal qeyri-sabitliyin artması və beynəlxalq ictimaiyyətin qarşılaşdığı çağırışlar ətrafında müzakirələr aparılacaq.
Prezident Rəcəb Tayyib Ərdoğanın forumda çıxış edəcəyi gözlənilir.
Bu ilki sessiyalarda müzakirə olunacaq əsas mövzulardan bəziləri aşağıdakılardır:
- Strateji muxtariyyətin qurulması: Türkiyə və qlobal müdafiə paradiqması
- Suriyada yeni bir şəfəq: Yenidənqurma və sabitlik üçün yol xəritəsi
- Münaqişədən gələcəyə: Şərqi Afrikada qarşıdurma və sülh perspektivləri
- Qurbanlıqdan müqavimətə: Qəzzada ədalətə aparan yol