SİYASƏT
2 dəqiqə oxuma
Avropa İttifaqı Qəzzada sərhəd müşahidə missiyasını bərpa edəcək
27 ölkədən ibarət İttifaq 2005-ci ildə Rəfah sərhəd-keçid məntəwəsinə müşahidə etmək üçün mülki işçi qrupu yaratdı, lakin bu missiya iki ildən sonra dayandırıldı
Avropa İttifaqı Qəzzada sərhəd müşahidə missiyasını bərpa edəcək
Avropa İttifaqı Qəzzada sərhəd müşahidə missiyasını bərpa edir
13 oktyabr 2025

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, İttifaq Qəzzada atəşkəs razılaşmasını dəstəkləmək üçün oktyabrın 15-dən etibarən Qəzza ilə Misir arasındakı Rəfah keçid-məntəqəsinə nəzarət etmək üçün mülki işçi qrupunu yenidən işə salacaq.

K.Kallas HƏMAS-ın razılaşma çərçivəsində ilk israilli girov qrupunu sərbəst buraxmasından sonra "X" platformasında etdiyi paylaşımda "Aİ üzərinə düşəni etməyə hazırdır. Bu missiya atəşkəsin dəstəklənməsində mühüm rol oynaya bilər" deyib.

27 ölkədən ibarət İttifaq 2005-ci ildə Rəfah keçid-məntəqəsini izləmək üçün mülki işçi qrupu yaratdı, lakin Fələstinin müqavimət qrupu HƏMAS Qəzzaya nəzarəti ələ keçirdikdən iki il sonra bu missiya dayandırıldı.

Avropa İttifaqının (Aİ) Sərhədlərə Yardım Missiyası (EUBAM) əsas sərhəd keçid məntəqəsində neytral, üçüncü tərəfin mövcudluğunu təmin etmək məqsədi daşıyır. Missiyaya İtaliya, İspaniya və Fransadan olan polis qüvvələri daxildir.

Bu missiya yanvar ayında qısa müddətə yenidən yerləşdirildi, lakin mart ayında yenidən dayandırıldı.

Kallas bu gün girovların azad edilməsini alqışlayaraq, Donald Trampın "sülh üçün kritik dönüş nöqtəsində" rolunu vurğulayıb və ABŞ prezidentinin "bu irəliləyişi mümkün hala gətirdiyini" söyləyib.

Avropa Komissiyasının sədri Ursula von der Leyen isə bu gün (13 oktyabr 2025) Şarm əl-Şeyxdə keçirilən Qəzza sammitini “tarixi dönüş nöqtəsi” kimi qiymətləndirib.

"Aİ ABŞ, Qətər, Misir və Türkiyənin vasitəçiliyi ilə həyata keçirilən sülh planını tam dəstəkləyir" deyə fon der Leyen qeyd edib.

"Biz əlimizdə olan bütün vasitələrlə bu planın uğuruna töhfə verməyə hazırıq" deyən von der Leyen "Fələstin Administrasiyasının idarəetmə və islahat səylərini dəstəkləmək" daxil olmaqla, töhfə verəcəklərini sözlərinə əlavə edib.

Qeyd edək ki, Aİ-ni Şarm əl-Şeyxdə Avropa Şurasının sədri Antonio Kosta təmsil edir.

Araşdırma
G7 ölkələrinin yüksək vəzifəli diplomatları Ontarioda bir araya gəlir
Əhməd Şaraa : "Hazırda İsrail ilə normallaşma danışıqlarından söhbət gedə bilməz"
Knesset fələstinlilərə ölüm cəzası ilə bağlı qanun layihəsi qəbul edir
S.Lavrov Ukrayna məsələsi üzrə M.Rubio ilə görüşməyə hazır olduğunu bildirib
Ə.Şəraa D.Tramp ilə görüşmək üçün ABŞ-a səfər edib
Tanzaniyada 200-dən çox şəxs vətənə xəyanətdə ittiham olunur
ABŞ Cənubi Afrikada keçiriləcək G20 sammitinə qatılmayacaq
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”