WSJ: ''Səudiyyə Ərəbistanı ABŞ-yə Hörmüz boğazındakı blokadanı qaldırması üçün təzyiq edir''

"The Wall Street Journal"ın xəbərinə görə, Ər-Riyad diplomatik əlaqələrin İranla yenidən qurulması üçün təzyiq edir...

By
Hörmüz boğazı / Reuters

"The Wall Street Journal"ın xəbərinə görə, gərginliyin digər kritik neft keçid nöqtələrinə yayılmasından və qlobal enerji axınını təhlükə altında qoymasından narahat olan Ər-Riyad İran ilə diplomatik kanalların təkrar açılması istiqamətində təzyiq göstərir.

Mərkəzi qərargahı ABŞ-də olan "The Wall Street Journal" qəzeti tərəfindən dərc olunan xəbərə görə, Səudiyyə Ərəbistanı ABŞ-yə Hörmüz boğazındakı blokadanı dayandırması və İran ilə müzakirələrə geri dönməsi üçün təzyiq edir.

Qisas qorxusu: Babülməndəb təhlükədə

Ər-Riyad rəhbərliyi bu addımın İranın Hörmüz boğazından kənarda qisas tədbirləri görməsinə səbəb olacağından getdikcə daha çox narahat olur. Xüsusilə Səudiyyənin neft ixracatı üçün həyati əhəmiyyət kəsb edən Qırmızı dəniz dəhlizi Babülməndəb boğazının hədəf alınmasından qorxulur.

Xəbərdə enerji daşımalarından böyük miqyasda asılı olan regional iqtisadiyyatlar üçün risklərin nə qədər yüksək olduğu bu ifadələrlə vurğulanıb: "Körfəz ölkələri müharibənin onların iqtisadi can damarı olan Hörmüz boğazının İranın nəzarətində qalması ilə nəticələnməsini istəmir".

Məlumata görə, həm Vaşinqton, həm də Tehrandan gələn sərt ictimai bəyanatlara baxmayaraq, hər iki tərəf vasitəçilər kanalı ilə əlaqədə qalmağa davam edir və şərait imkan verdiyi təqdirdə müzakirələri yenidən başlatmaq üçün qapını açıq saxlayır. Xəbərdə deyilir: "Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri qlobal neft marşrutlarında daha çox axsamaların yaşanmasına mane olmaq və regional gərginliyin daha da dərinləşməsindən imtina etmək məqsədilə diplomatiyanı canlandırmaq üçün zamanla yarışır".

Vaşinqton və Tehran arasında İslamabadda həftəsonu aparılan danışıqların uğursuzluğa düçar olmasından sonra ABŞ prezidenti Donald Tramp tərəfindən elan edilən blokada bazar ertəsi günü Türkiytə vaxtı ilə saat 17:00-də (1400 GMT) qüvvəyə minib.

Sözügedən müzakirələr fevral ayının sonundan bəri region miqyasında minlərlə insanın ölümünə səbəb olan ABŞ-İsrail və İran arasındakı qarşıdurmaları dayandırmağa yönəlmiş daha genişmiqyaslı səylərin bir hissəsi idi.