Küveytdə ABŞ-yə məxsus qırıcı təyyarənin qəzaya uğradığına dair görüntülər yayılıb

Sosial mediada yayılan görüntülərdə ABŞ-a məxsus F-15 qırıcı təyyarəsinin Küveytdə qəzaya uğradığı anlar əks olunub

By
Küveytdə ABŞ-yə məxsus qırıcı təyyarənin qəzaya uğradığına dair görüntülər yayılıb / TRT World

Sosial mediada yayılan görüntülərdə ABŞ-a məxsus F-15 qırıcı təyyarəsinin Küveytdə qəzaya uğradığı anlar əks olunub.

Martın 1-də paylaşılan videolarda döyüş təyyarəsinin "dost atəşi" nəticəsində vurulduğu və pilotun sağ qaldığı iddia edilir.

Görüntülərdə həmçinin paraşütlə yerə enən pilotun mülki bir nəqliyyat vasitəsinə mindirilməsi kadrları yer alıb. Rəsmi qurumlar hadisə ilə bağlı hələlik hər hansı bir açıqlama verməyib.