TÜRKİYƏ
1 dəqiqə oxuma
M. Çiftçi: "İtaliya ilə təhlükəsizlik sahəsindəki əməkdaşlığımızı inkişaf etdirməyi hədəfləyirik"
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi italiyalı həmkarı Matteo Piantedosi və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb
M. Çiftçi: "İtaliya ilə təhlükəsizlik sahəsindəki əməkdaşlığımızı inkişaf etdirməyi hədəfləyirik"
M. Çiftçi: "İtaliya ilə təhlükəsizlik sahəsindəki əməkdaşlığımızı inkişaf etdirməyi hədəfləyirik"

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi italiyalı həmkarı Matteo Piantedosi və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb. Görüşlə bağlı rəsmi internet səhifəsində paylaşım edən Mustafa Çiftçi qanunsuz miqrasiya, miqrant qaçaqmalçılığı, terrorla mübarizə, yeni nəsil mütəşəkkil cinayətkar qruplarla mübarizə və cinayətkarların ekstradisiya prosesini müzakirə etdiklərini bildirib.

Nazir vurğulayıb ki, sərhədyanı təhdidlərə qarşı mübarizə yalnız güclü beynəlxalq həmrəylik və effektiv əməkdaşlıq sayəsində mümkündür.

Müzakirələr zamanı Aralıq dənizi hövzəsində qanunsuz miqrasiyanın qarşısının alınması üçün birgə səylərin artırılması, terror təşkilatlarının maliyyə resurslarının və təbliğatının dondurulması, həmçinin İtaliyada sığınan mütəşəkkil cinayətkar dəstə rəhbərlərinin Türkiyəyə ekstradisiya edilməsi ilə bağlı gözləntilər italiyalı nazirin diqqətinə çatdırılıb. İtaliyanın daxili işlər naziri Matteo Piantedosi isə öz növbəsində ölkəsində mütəşəkkil cinayətkarlıqla qətiyyətli mübarizə aparacaqlarını bildirib və bu şəbəkələrə qarşı daha effektiv nəticə əldə etmək üçün birgə istintaq və araşdırma qruplarının yaradılmasını təklif edib.

Araşdırma
B.Duran Fələstin dövlətinin təsisi edilməsinin 38-ci ildönümü münasibəti ilə təbrik mesajı paylaşıb
Türkiyə ilə Sinqapur arasında İqtisadi və Ticarət Əməkdaşlığı üzrə protokol (JETCO) imzalandı
Türkiyə Xarici İşlər Nazirliyi Axıska türklərini yad edib
Türkiyə və Qətər liderləri İstanbulda keçirilən görüşdə müdafiə sahəsi üzrə tarixi saziş imzaladı
Rəcəb Tayyib Ərdoğan COP31 çərçivəsində ikitərəfli görüşlər keçirib
''Liderlərin COP31-də nümayiş etdirdiyi qətiyyət Paris İqlim Sazişi baxımından ümidvericidir''
İbrahim Yumaklı buzlaqların əriməsinin qlobal su ehtiyatlarını təhdid etdiyi barədə xəbərdarlıq edib
Malatya şəhərində helikopter qəzaya uğrayıb, 4 hərbçi şəhid olub
Türkiyə Prezidenti Ərdoğan İran Prezidenti Pezeşkian ilə görüşüb
Prezident Rəcəb Tayyib Ərdoğan COP31 çərçivəsində ikitərəfli görüşlərini davam etdirir
Türkiyə İsrailin Prezident R.T. Ərdoğanla bağlı yaydığı bəyanatlara reaksiya verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP31 sammitində çıxış edib
Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb
200-dən çox ölkənin nümayəndəsi Antalyada keçirilən COP31 sammitində bir araya gəlir
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında elektrik layihələrində əməkdaşlıq
Türkiyə yaşıl, rəqəmsal keçidi sürətləndirmək məqsədilə "Yaşıl Uzlaşma Fəaliyyət Planı"nı yeniləyib
Prezident Ərdoğan: "Sərhədlərimiz daxilində və xaricində sülh və sabitliyi gücləndiririk"
Türkiyə və Özbəkistan ətraf mühit sahəsində əlaqələri gücləndirir
Ulu öndər Atatürkün 88-ci ildönümü münasibətilə Anıtqəbirdə anım mərasimi keçirildi
COP31-də Mustafa Kamal Atatürkün xatirəsi anılıb