Türkiyə MN:''Şərqi Aralıq dənizində humanitar yardım fəaliyyətlərinə dəstək verməyə hazırıq''
Bildirilib ki, bölgədə mütəmadi təlim və fəaliyyətlər həyata keçirən Türkiyə gəmiləri zəruri hallarda aidiyyəti qurumlar və beynəlxalq tərəfdaşlarla razılaşdırılaraq humanitar yardım missiyalarına dəstək verməyə hazırdır
Türkiyə Milli Müdafiə Nazirliyi zəruri hallarda Şərqi Aralıq dənizində həyata keçirilən humanitar yardım fəaliyyətlərinə dəstək verməyə hazır olduğunu bildirib.
Nazirliyin rəsmi "NSosyal’’ platformasında edilən paylaşımda aşağıdakı ifadələr yer alıb:
"Türkiyə hazırda Şərqi Aralıq dənizində üzən mülki gəmilər tərəfindən beynəlxalq hüquq və humanitar normalara uyğun şəkildə həyata keçirilən humanitar yardım fəaliyyətlərini diqqətlə izləyir’’.
Bildirilib ki, bölgədə mütəmadi təlim və fəaliyyətlər həyata keçirən Türkiyə gəmiləri zəruri hallarda aidiyyəti qurumlar və beynəlxalq tərəfdaşlarla razılaşdırılaraq humanitar yardım missiyalarına dəstək verməyə hazırdır.
Paylaşımda həmçinin deyilir: "Türkiyə hər zaman olduğu kimi, humanitar dəyərlərin qorunması və günahsız insanların təhlükəsizliyinin təmin edilməsi üçün hər yerdə və hər şəraitdə öz üzərinə düşən vəzifələri yerinə yetirməyə davam edəcək’’.