SİYASƏT
2 dəqiqə oxuma
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
Tramp bu açıqlamanı 30 ildən çox müddətdən sonra nüvə silahı sınaqlarının bərpa edilməsi əmrindən üç gün sonra verilib
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
Tramp / Reuters

ABŞ prezidenti Donald Tramp iddia edib ki, Şimali Koreya nüvə silahı sınaqdan keçirən yeganə ölkə deyil, Rusiya və Çin də sınaqlar keçirib. Tramp bu bəyanatı "CBS News"un "60 Minutes" proqramına verdiyi müsahibə zamanı yayıb.

Aparıcı Norah O'Donnell Şimali Koreyanın nüvə silahı sınaqdan keçirən yeganə ölkə olduğunu irəli sürdükdən sonra Tramp müdaxilə edərək "Rusiya sınaqdan keçirir, Çin sınaqdan keçirir, amma heç kim bu barədə danışmır" deyib. Trampın açıqlamaları ABŞ ordusuna 30 ildən çox müddətdən sonra nüvə silahı sınaqlarını bərpa etməyi əmr etdikdən üç gün sonra gəlib.

"Digər ölkələr sınaqdan keçirir. Biz sınaqdan keçirməyən yeganə ölkəyik və mən sınaqdan keçirməyən yeganə ölkə olmaq istəmirəm", - deyə Tramp vurğulayıb və bu ölkələrin silahlarını harada sınaqdan keçirdiyini "mütləq bilməyin" mümkün olmadığını qeyd edib.

"Nəhəng nüvə gücü"

Tramp nüvə silahlarından istifadə etmək istəmədiyini bir daha vurğulayaraq, bu silahların necə işlədiyini görmək üçün sınaqdan keçirilməli olduğunu bildirib. "Bu məntiqli deyilmi? Nüvə silahı hazırlayırsınız, sonra sınaqdan keçirmirsiniz. Bunu necə edirsiniz? İşlədiyini necə bilirsiniz?", -deyə Tramp əlavə edib.

Tramp həmçinin ABŞ-ın "hər hansı digər ölkədən daha çox olan" "nəhəng nüvə gücünə" sahib olduğunu vurğulayaraq deyib: Rusiya ikinci yerdədir. Çin üçüncü yerdə çox geridədir, amma beş ildən sonra onlar bərabər olacaqlar. Bilirsiniz, onlar sürətlə istehsal edirlər və düşünürəm ki, nüvə silahsızlanması ilə bağlı bir şey etməliyik... Dünyanı 150 dəfə məhv etmək üçün kifayət qədər nüvə silahımız var. Rusiyanın daha çox nüvə silahı var və Çinin də çox olacaq".

Araşdırma
D. Peskov: "Ukrayna etdiklərinə görə cavab verəcək"
Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinə çağırış etdi
M.B.Qalibaf şərtlər yerinə yetirilməyənədək Hörmüz boğazının açılmayacağını bildirdi
D.Tramp Türkiyəyə tətbiq edilən CAATSA sanksiyalarının ləğvinə müsbət yanaşdığını bildirib
ABŞ İran heyətinə "ölkəni tərk edin" təlimatı verib
Fransa və Böyük Britaniya La-Manş boğazı ilə bağlı sazişinin ləğvini müzakirə edir
Yunanıstanlı deputat etiraf etdi: "Türkiyənin müdaxiləsindən sonra geri addım atdıq"
Səudiyyə Ərəbistanı Nazirlər Kabineti Türkiyə ilə viza rejiminin ləğvi haqqında sazişi təsdiqləyib
Tramp İrana qarşı sanksiyaları yumşaltmağa hazır olduğu ilə bağlı yayılan xəbərləri təkzib edib
Rusiya ordusu Kiyevə yeni hücumlar təşkil edib, bir Azərbaycan vətəndaşı həlak olub
Serbiya Prezidenti A.Vuçiç vəzifəsindən istefa verdi
İran ABŞ ilə danışıqlar aparmaq niyyətində olmadığını açıqlayıb
D.Tramp İranın 7 günlük atəşkəs təklifini qəbul etmədi
K. Mitsotakis BMT-dəki çıxışında Türkiyə-Yunanıstan münasibətlərini qiymətləndirib
Pezeşkian ABŞ ilə "razılığa gəlməyə hazır" olduqlarını bildirib
Donald Tramp Si Cinpini hava limanında qarşılayıb
ABŞ prezidenti D.Tramp ilə Venesuelanın müvəqqəti dövlət başçısı D.Rodriqez görüş keçiriblər
Fələstin dövlət rəsmisi N.Rudeyne M.Abbasın BMT-də iştirakının qarşısının alınması ilə bağlı danışıb
Qərbi Trakiya türklərindən N.Papaioannunun türk dili ilə bağlı sözlərinə reaksiya
E.Börnhem İordan çayının qərb sahili və Qəzzadakı vəziyyəti qiymətləndirib