Rəcəb Tayyib Ərdoğan və Əhməd əl-Şara arasında telefon danışığı olub
Rəcəb Tayyib Ərdoğan söhbət zamanı Suriya ərazisinin terrorçulardan tamamilə təmizlənməsinin həm Suriya, həm də bütün region üçün zəruri olduğunu vurğulayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarı Əhməd əl-Şara ilə telefon ilə əlaqəsi saxlayıb. Rəcəb Tayyib Ərdoğan söhbət zamanı Suriya ərazisinin terrorçulardan tamamilə təmizlənməsinin həm Suriya, həm də bütün region üçün zəruri olduğunu vurğulayıb.
İkitərəfli münasibətlər və Suriyadakı son hadisələrin müzakirə olunduğu telefon danışığında Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünə, birliyinə, həmrəyliyinə, sabitliyinə və təhlükəsizliyinə böyük əhəmiyyət verdiyini xüsusi qeyd edib.
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhaneddin Duran rəsmi “NSosyal” internet platformasında qeyd edib ki, Prezident Ərdoğan Türkiyənin Suriyaya terrorla mübarizədə dəstəyini artmağa davam edəcəyini vurğulayıb.