İbrahim Yumaklı Xorvatiyada qəzaya uğrayan yanğınsöndürmə təyyarəsi ilə bağlı paylaşım etdi

İbrahim Yumaklı paylaşımında bu ifadələrə yer verib:“Qəzaya uğrayan yanğınsöndürmə təyyarəsi Xorvatiyanın Senj şəhəri yaxınlığında tapılıb. Qəza nəticəsində şəhid olan pilotumuza Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına başsağlığı verirəm”

By
İbrahim Yumaklı Xorvatiyada qəzaya uğrayan yanğınsöndürmə təyyarəsi ilə bağlı paylaşım etdi

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı Xorvatiyada radardan itən yanğınsöndürmə təyyarəsinin qalıqlarının tapıldığını və pilotun həlak olduğunu açıqlayıb.

İbrahim Yumaklı bu barədə Türkiyənin “NSosyal” sosial media platformasında paylaşım edib.
“Qəzaya uğrayan yanğınsöndürmə təyyarəsi Xorvatiyanın Senj şəhəri yaxınlığında tapılıb. Qəza nəticəsində şəhid olan pilotumuza Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına başsağlığı verirəm”, – deyə nazir bildirib.

Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin daha əvvəl yaydığı bəyanatda Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəsinin Xorvatiyada radardan itdiyi açıqlanmışdı.

Nazirliyin yaydığı bəyanatda deyilir: “Noyabrın 12-də Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus iki ‘‘AT802’’’ tipli yanğınsöndürmə təyyarəsi texniki xidmət üçün Xorvatiyanın Zaqreb şəhərinə planlaşdırılmış uçuş həyata keçirib. Əlverişsiz hava şəraiti səbəbindən hər iki təyyarə gecəni Xorvatiyanın Rejika Hava Limanında keçirib. Noyabrın 13-də təyyarələr Türkiyə vaxtı ilə saat 17:38-də Zaqreb Hava Limanına yenidən havaya qalxıb, lakin əlverişsiz hava şəraiti səbəbindən geri qayıdıb. Təyyarələrdən biri geri dönərkən Rejika Hava Limanına eniş edib, lakin digəri ilə radio əlaqəsi Türkiyə vaxtı ilə saat 18:25-də kəsilib”.