Qəzzada yeni doğulmuş körpə soyuqdan həyatını itirdi
Qəzzada səhiyyə rəsmilərinin verdiyi məlumata görə, müharibənin viran qoyduğu ərazidə əlverişsiz hava şəraiti insanları çətin vəziyyətə salıb
Qəzza Səhiyyə Nazirliyi dekabrın 16-da yaydığı açıqlamada bildirib ki, cəmi iki həftəlik körpə Məhəmməd Xəlil Əbu əl-Xeyr dekabrın 15-də soyuq səbəbindən yaranan hipotermiya nəticəsində dünyasını dəyişib.
Nazirliyin məlumatına əsasən, körpə dekabrın 14-dən etibarən reanimasiya şöbəsində müalicə olunurdu.
Ötən həftə Qəzzada təsirli olan “Byron” fırtınası nəticəsində təxminən 14 nəfər həyatını itirib, 53 mindən çox çadır qismən və ya tamamilə su altında qalıb. Bəzi çadırlar sel suları ilə sürüklənib, digərləri isə güclü küləklər nəticəsində dağılıb. Eyni zamanda Qəzza ərazisində 13 bina uçub.
Qeyd edək ki, İsrail 10 oktyabr tarixində qüvvəyə minmiş atəşkəs razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və çadırlar, eləcə də mobil yaşayış evləri daxil olmaqla sığınacaq materiallarının Qəzzaya girişini əngəlləməkdə davam edir.
Xatırladaq ki, İsrail 2023-cü ilin oktyabrından bu yana Qəzzada apardığı, soyqırım xarakteri daşıyan müharibə nəticəsində, əksəriyyəti qadınlar və uşaqlar olmaqla, təxminən 70 min 700 nəfəri öldürüb, 171 mindən çox insanı yaralayıb və bölgəni dağıntı yığınına çevirib.