"İsrailin İrana hücumu əla oldu, davamı da gələcək", D.Trump
O, iyunun 13-də “ABC News”a müsahibəsində həvəslə bu sözləri deyib ...
ABŞ prezidenti Donald Tramp İsrailin İrana qarşı gecə hava hücumlarını “əla” adlandırıb və əlavə edib ki, “daha çox şey gələcək”. O, iyunun 13-də “ABC News”a müsahibəsində həvəslə bu sözləri deyib: “Məncə, əla olub. Onlara şans verdik, amma istifadə etmədilər, əvəzində daha sərt və ağır zərbə aldılar. Mümkün olan ən ağır şəkildə vuruldular. Və daha çox şey gələcək. Çox, daha çox.”
ABŞ-ın bu hücumda hər hansı bir şəkildə iştirak edib-etmədiyi soruşulduqda isə D.Tramp cavab verməkdən imtina edib: “Bu barədə şərh vermək istəmirəm.”
İran razılaşmalıdır
Donald Tramp İrana xəbərdarlıq edib: “Əvvəl-axır razılaşmalıdır. Bir zamanlar tanınan İran imperiyasını xilas etməlidir.” O, İran rəsmilərinə “vəziyyətin onların bildiklərindən, gözlədiklərindən və ya deyilənlərdən daha pis olacağı”nı bildirib: “ABŞ açıq-aşkar fərqlə dünyanın ən inkişaf etmiş və güclü hərbi texnikasını istehsal edir və İsrail də bunlara malikdir”.