Türkiyə bayrağı altında üzən gəmi Hörmüz boğazından keçib

Türkiyənin nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bölgədə Türkiyə bayrağı altında üzən 15 gəmidən birinin Hörmüz boğazından keçməsinə icazə verildiyini və...

By
Abdulkadir Uraloğlu / AA

Türkiyənin nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bölgədə olan 15 Türkiyə sahibli gəmidən birinin Hörmüz boğazından keçməsinə icazə verildiyini və gəmilərdə ümumilikdə 171 personalın olduğunu bildirib.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İran yaxınlığında gözləyən və sahibi türk olan gəmilərdən birinin Tehrandan icazə alındıqdan sonra Hörmüz boğazından keçidinə icazə verildiyini söyləyib.

Nazir Uraloğlu martın 12-də mətbuata verdiyi və cümə günü yayımlanan açıqlamasında Ankaranın Hörmüz boğazı üçün ən yüksək təhlükəsizlik həyəcanı verdiyini və sahibi türk olan 14 gəminin vəziyyəti ilə bağlı iranlı rəsmilərlə əlaqə saxladıqlarını bildirib.

Uraloğlu "Hörmüz boğazında 15 gəmimiz var idi, birini İran limanından istifadə etdiyi üçün İran hakimiyyətindən icazə alıb keçirdik. İran tərəfi ilə təmasda olmağa çalışırıq. 14 gəmimiz gözləyir, hazırda hər hansı problemləri yoxdur" deyə qeyd edib.

Nazirlik boğazdan keçən gəminin adının "Rozana" olduğunu açıqlayıb. Bəyanatda türk şirkətlərinə aid gəmilərdə bölgədə ümumilikdə 171 personalın olduğu bildirilib.

Amerika Birləşmiş Ştatları (ABŞ)-İsrailin İrana qarşı apardığı müharibə İranın Hörmüz boğazını faktiki olaraq bağlaması səbəbindən tankerlərin və digər gəmilərin mühasirədə qalmasına və qlobal enerji tədarükü ilə bağlı narahatlıqların artmasına səbəb olub.

Nəqliyyat və İnfrastruktur Nazirliyi həmçinin “Türk Hava Yolları” və "Ajet"in İraq, Suriya, Livan, İordaniya, Doha, Dubay, Əbu-Dabi, Küveyt, Bəhreyn və Dammama olan uçuşlarını 19 martadək, İrana olan uçuşlarını isə 20 martadək ləğv etdiyini bildirib.

Nazirlik "Pegasus Hava Yolları"nın Küveyt, Bəhreyn, Doha, Amman, Beyrut, İraq, Dubay, Əbu-Dabi və Şarjayaya olan uçuşlarını 23 martadək, İrana olan uçuşlarını isə 28 martadək təxirə saldığını əlavə edib.

Türk Hava Yollarının Omana edilən uçuşlar üçün əlavə reyslər təşkil etdiyini bildirən Nazirlik 28 fevralda başlayan müharibədən bəri 76 uçuşun Türkiyəyə istiqamətləndirilyini bildirib.