Filippində zəlzələ nəticəsində ölənlərin sayı artıb
Təsirə məruz qalan ərazilərdəki məktəblər bağlandı, əsrlərlə yaşı olan kilsələr zədələndi və insanlara sahillərdən uzaq durmaq tövsiyə edildi.
Filippinin mərkəzi hissəsində baş verən 6,9 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 69 nəfərə çatıb.
Hökumət sağ qalanların axtarışı, elektrik enerjisi və su təchizatının bərpası üçün təşkilatları səfərbər edib.
Seysmoloji xidmətlərin hesablamalarına görə, zəlzələnin episentri təxminən 10 km dərinlikdə yerləşib və bir neçə afterşok qeydə alınıb. Zəlzələdən sonra sunami təhlükəsi olmayıb.
Cebu bölgəsinin bir çox hissəsində, o cümlədən Lapu-Lapu şəhəri, Mandaue şəhəri, Talisay şəhəri, Minglanilla, Consolacion və Liloan şəhərlərində məktəblərdə dərslər dayandırılıb.
Yerli “Rappler” xəbər agentliyinin məlumatına görə, Filippin Vulkanologiya və Seysmologiya İnstitutu zəlzələdən sonra ziyan və təkanların davam edəcəyini gözlədiyini bildirib.