SİYASƏT
3 dəqiqə oxuma
ABŞ BMT-də İranın nüvə proqramı ilə bağlı Rusiya və Çinlə qarşı-qarşıya gəlib
BMT Təhlükəsizlik Şurasında İranın nüvə proqramı və sanksiyaların tətbiqinə dair fikir ayrılıqları dərinləşərkən, Vaşinqton rəhbərliyi Moskva və Pekini Tehranı qorumaqda ittiham edib
ABŞ BMT-də İranın nüvə proqramı ilə bağlı Rusiya və Çinlə qarşı-qarşıya gəlib
BMT Təhlükəsizlik Şurası / Reuters

Vaşinqton iki həftə əvvəl İrana qarşı başlatdığı müharibəyə daha çox bəraət qazandırmağa çalışarkən, Amerika Birləşmiş Ştatları (ABŞ) və Qərb müttəfiqləri İranın nüvə niyyətləri məsələsində Birləşmiş Millətlər Təşkilatında (BMT) Rusiya və Çin ilə qarşı-qarşıya gəlib.

ABŞ-nin bu ay sədrlik etdiyi 15 üzvlü BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya və Çin İrana tətbiq olunacaq BMT sanksiyalarına nəzarət etmək və həyata keçirmək üçün yaradılmış komitənin müzakirəsini mane olmağa çalışsalar da, buna nail ola bilməyiblər.

Sözügedən təşəbbüs 11 əleyhinə 2 səslə rədd edilib, 2 üzv isə bitərəf qalıb.

Şurada çıxış edən ABŞ-nin BMT-dəki nümayəndəsi Mayk Valts Moskva və Pekini "1737 saylı Komitə"nin işinə mane olmaqla Tehranı qorumağa çalışmaqda ittiham edib.

Valts “BMT-yə üzv olan bütün dövlətlər İrana qarşı silah embarqosu tətbiq etməli, raket texnologiyasının ötürülməsini və ticarətini qadağan etməli, müvafiq maliyyə aktivlərini dondurmalıdır. Yenidən tətbiq olunacaq BMT müddəaları ixtiyari deyil, əksinə, İranın nüvə, raket və konvensional silah proqramlarının, habelə İranın dəstəklədiyi terroriun yaratdığı təhdidləri aradan qaldırmaq üçün məqsədyönlü şəkildə daraldılıb”, - deyə bildirib.

Valts Rusiya və Çinin fəaliyyət göstərən sanksiya komitəsinə qarşı çıxdığını, “çünki tərəfdaşları olan İranı qorumaq və artıq yenidən qadağan edilmiş müdafiə əməkdaşlığını davam etdirmək istədiklərini” ifadə edib.

Valts həmçinin BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) yaxınlarda İranın nüvə silahı olmayan, lakin 60% dərəcəsində zənginləşdirilmiş uran istehsal edən və toplayan yeganə ölkə olduğunu təkrar etdiyini və agentliyin bu ehtiyatlara çıxışına icazə verməkdən imtina etdiyini söyləyib.

Qarşılıqlı ittihamlar

Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya iddiaları rədd edərək, ABŞ və müttəfiqlərini İranın nüvə niyyətləri ilə bağlı isteriyanı qızışdırmaqda ittiham edib: “Bu, Tehrana qarşı növbəti hərbi macəraya atılmaq və Yaxın Şərqdə, eləcə də ondan kənarda vəziyyətin kəskin şəkildə gərginləşməsini təmin etmək üçün edilib”.

Çinin BMT-dəki nümayəndəsi Fu Çonq da Vaşinqtonu oxşar şəkildə tənqid edərək, ABŞ-ni İran nüvə böhranının “təhrikçisi” adlandırıb.

Fu ABŞ-nin danışıqlar prosesində İrana qarşı açıq güc tətbiqinə əl atdığını və bunun diplomatik səylərə zərbə vurduğunu bildirib.

İranın BMT-dəki səfiri Əmir Səid İravani isə jurnalistlərə Tehranın nüvə proqramının “həmişə müstəsna olaraq dinc xarakterli” olduğunu və İranın sanksiyaların yenidən tətbiqi ilə bağlı heç bir cəhdi tanımayacağını deyib.

ABŞ prezidenti Donald Tramp müharibə üçün əsas kimi davamlı olaraq İranın nüvə proqramını göstərib.

Tramp bu ayın əvvəlində bildirmişdi ki, əgər ABŞ ötən ilin iyun ayında üç mühüm nüvə hədəfini vurmasaydı, İran iki həftə ərzində nüvə silahı əldə edərdi, lakin mənbələr bu iddianın ABŞ kəşfiyyat qiymətləndirmələri tərəfindən dəstəklənmədiyini qeyd ediblər.

İngiltərə və Fransa Təhlükəsizlik Şurasına sanksiyaların yenidən tətbiq edilməsinin səbəbi kimi Tehranın nüvə fəaliyyətləri ilə bağlı beynəlxalq narahatlıqları aradan qaldırmamasını göstəriblər.

Araşdırma
Macarıstanın yeni Baş naziri Netanyahunu həbs edəcəyini açıqladı
İran ABŞ-nin ticarət gəmisinə müdaxiləsini "dəniz quldurluğu" adlandırdı
Trump: "İranın zənginləşdirilmiş uranının geri alınması uzun və çətin olacaq"
İran Prezidenti müharibənin heç kimin maraqlarına uyğun olmadığını bildirərək, diplomatiyaya çağırıb
Hakan Fidan:"Antalya Diplomatiya Forumu mühüm platformaya çevrilib"
Ərəb ölkələri İsrail və Livan arasındakı atəşkəs qərarını alqışlayıblar
Türkiyənin XİN rəhbəri Hakan Fidan Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb
Rəcəb Tayyib Ərdoğan və Tufan Ərhürman arasında görüş olub
ABŞ Kubaya mümkün hərbi əməliyyat planını sürətləndirir
Donald Tramp: “İranla atəşkəsin uzadılmasına ehtiyac olmadığını düşünürəm”
Fələstin XİN başçısı: "İsrailə qarşı qlobal münasibət köklü şəkildə dəyişib"
WSJ: ''Səudiyyə Ərəbistanı ABŞ-yə Hörmüz boğazındakı blokadanı qaldırması üçün təzyiq edir''
ABŞ İrana uranın zənginləşdirilməsini 20 il müddətinə dayandırmasını təklif edib
İran beş ərəb ölkəsindən təzminat istəyib
Vens: "Pakistandakı İran danışıqlarında 'ciddi irəliləyiş' əldə olundu"
İsrail Livanın cənubunda "bufer zona"nın yaradılmasını təklif edib
Kansler Fridrix Merts Fələstin ərazilərindəki mövcud vəziyyətdən narahatlığını ifadə edib
İran Hörmüz boğazındakı gərginlik səbəbindən Körfəz limanlarının təhlükəsiz olmayacağını bildirdi
Donald Tramp İrana qarşı yeni hərbi əməliyyatları nəzərdən keçirir
ABŞ və İran arasında İslamabadda keçirilən sülh danışıqları uğursuzluqla nəticələnib