TÜRKİYƏ
2 dəqiqə oxuma
R.T.Ərdoğan: “Qəzzada törədilən soyqırım universal insan hüquqlarına ciddi ziyan vurub''
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Qəzzada 70 mindən çox fələstinlinin həyatına son qoyan hadisələr İnsan Hüquqları haqqında Ümumdünya Bəyannaməsində əks olunmuş dəyərlərə vurulan ağır ziyanın açıq göstəricisidir.
R.T.Ərdoğan: “Qəzzada törədilən soyqırım universal insan hüquqlarına ciddi ziyan vurub''
R.T.Ərdoğan: “Qəzzada törədilən soyqırım universal insan hüquqlarına ciddi ziyan vurub'' / Reuters

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Qəzzada 70 mindən çox fələstinlinin həyatına son qoyan hadisələr İnsan Hüquqları haqqında Ümumdünya Bəyannaməsində əks olunmuş dəyərlərə vurulan ağır ziyanın açıq göstəricisidir. Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi Ərdoğanın İnsan Hüquqları Günü münasibətilə yaydığı bəyanatı ictimaiyyətə təqdim edib.

Ərdoğan deyib: “Qəzzada və işğal altındakı Fələstin ərazilərində şahidi olduğumuz vəhşiliklər, beynəlxalq ictimaiyyətin bütün səylərinə baxmayaraq təəssüf ki, davam edir’’.

BMT-nin İnsan Hüquqları haqqında Ümumdünya Bəyannaməsinin qəbul edilməsinin 77-ci ildönümündə yayımlanan mesajında Ərdoğan bildirib ki, bəşəriyyətin ortaq dəyərlərini və nailiyyətlərini təmsil edən bu mühüm sənəd hər bir insanın təbii hüquqlarını müdafiə edən qlobal öhdəlik olaraq qalır.

Prezident vurğulayıb ki, Bəyannamədə qeyd olunan prinsiplər dünyanın bir çox bölgəsində pozulur. Onun sözlərinə görə, sülh və ədalət kimi anlayışlar getdikcə öz mənasını itirir. “Nəhəng bir dağıntıya çevrilmiş Qəzzanı mümkün qədər tez bərpa etmək bütün bəşəriyyətin fələstinlilərə qarşı ortaq məsuliyyətidir,” – deyə Ərdoğan diqqətə çatdırıb.

O, qeyd edib ki, Qəzzada ədalətli və davamlı sülhün təmin olunmasının yeganə yolu Türkiyənin dəstəyilə əldə olunan atəşkəsi möhkəmləndirmək və iki dövlətli həll modelini mümkün qədər tez həyata keçirməkdir. Ərdoğanın sözlərinə görə, İsrail qanunlara və beynəlxalq qaydalara əməl etmədiyini nümayiş etdirərək 11 oktyabrdan bu yana ən azı 370 fələstinlinin həyatına son qoyan hücumlarla atəşkəsi pozub.

Ərdoğan bildirib ki, beynəlxalq ictimaiyyətin İsrailə artan təzyiqi Qəzzanın yenidən münaqişə girdabına düşməsinin qarşısını almaq üçün son dərəcə vacibdir.

Prezident vurğulayıb ki, Türkiyə həmçinin Sudanda qan tökülməsinin qarşısını almaq, təhlükəsizlik və sabitliyi bərpa etmək üçün sülh və dialoqa yönəlmiş təşəbbüslərini davam etdirir. O, eyni zamanda irqçilik, islamofobiya və ksenofobiya ilə mübarizənin Bəyannamədəki prinsiplərin qorunması üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.

Ərdoğan deyib: “Nifrət cinayətlərinə və nifrət çağırışlarına məhəl qoymamaq, onlara qarşı lazımi tədbirləri və sanksiyaları tətbiq etməmək, hətta bunları fikir azadlığı adı altında təşviq etmək qətiyyən qəbuledilməzdir’’.

Prezident bildirib ki, Türkiyə dil, irq və mənşəyindən asılı olmayaraq bütün insanların hüquq və ləyaqətini müdafiə etmək, qlobal sülh və təhlükəsizliyə ən yüksək səviyyədə töhfə vermək istiqamətində fəaliyyətini davam etdirəcək.

Araşdırma
Çin və ABŞ Rusiya ilə danışıqlarda nüvə tərksilahı məsələsini gündəmə gətirəcək
İran: Hörmüz boğazında 2 supertankerdə partlayışdan sonra yanğın baş verib
Pezeşkian: "ABŞ və İsrailin İrana qarşı hücumları 1,5 milyon ton CO2 emissiyasına səbəb olub"
İran BMT və BAEA-nı ABŞ-nin nüvə proqramı ilə bağlı 20 milyon dollarlıq təklifini pisləməyə çağırıb
BMT Baş katibi Antonio Quterreş COP31-də ölkələri "İqlim Ədaləti Sazişi"ni qəbul etməyə çağırıb
Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün keçirilən üçtərəfli danışıqların ikinci günü başladı
"TRT-nin 18-ci Beynəlxalq Sənədli Film Mükafatları" üçün müraciətlərin qəbuluna başlanılıb
Avropa İttifaqı Şurası ilə Avropa Parlamenti İttifaqın 2027-ci il büdcəsi üzrə razılığa gəlib
Portuqaliya XİN Mark Ruttenin açıqlamasına reaksiya göstərib
İsraildəki Birgə Ərəb Siyahısı: Netanyahu tam histeriya içindədir, bəyanatları dəlilik, irqçilikdir
Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb
200-dən çox ölkənin nümayəndəsi Antalyada keçirilən COP31 sammitində bir araya gəlir
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında elektrik layihələrində əməkdaşlıq
BMT-nin Baş katibi Quterreş Türkiyəni COP31 sammiti təşkilatçılığına görə tərifləyib
Danimarka Ukraynaya hərbi və enerji sahələrində 750 milyon dollara yaxın dəstək göndərəcək