Türkiyə Qərbi Trakyada türk məktəbinə edilən hücumu qınayıb

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın Rodopi bölgəsindəki Karacaoğlan kəndində türk azlığına məxsus ibtidai məktəbə edilən hücumu kəskin pisləyib

By
Türkiyə Qərbi Trakyada türk məktəbinə edilən hücumu qınayıb / AA

Türkiyə Qərbi Trakyada türk məktəbinə edilən hücumu qınayıb.

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın Rodopi bölgəsindəki Karacaoğlan kəndində türk azlığına məxsus ibtidai məktəbə edilən hücumu kəskin pisləyib. Nazirliyin sözçüsü Öncü Keçeli 2021-2022-ci illərdə Yunanıstan hakimiyyəti tərəfindən bağlanan bu məktəbə hücumla bağlı "X" platformasında paylaşım edib.

Yanvarın 4-də yerli sakinlər tərəfindən aşkar edilən hücumla bağlı polis araşdırmaya başlayıb. Ö.Keçeli Yunanıstan rəsmilərindən hadisənin tezliklə işıqlandırılmasını və lazımi tədbirlərin görülməsini gözlədiklərini bildirib. O, həmçinin Türkiyənin Lozanna müqaviləsi çərçivəsində soydaşlarının hüquqlarını qorumağa davam edəcəyini vurğulayıb.

Qərbi Trakya Türk Azlıqları Məsləhət Şurası da hadisəni pisləyərək, oxşar hücumların əvvəllər də baş verdiyini xatırladıb.