Türkiyə–UNIDO regional əməkdaşlıq sazişinin müddəti uzadıldı
Regional əməkdaşlıq mərkəzi ilə bağlı razılaşma 2025-ci ildən etibarən 5 il daha qüvvədə olacaq
Türkiyə–UNIDO regional əməkdaşlıq sazişinin müddəti uzadıldı / Other
Türkiyə ilə Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (UNIDO) arasında Türkiyədə regional əməkdaşlıq mərkəzinin yaradılmasına dair sazişin müddəti uzadılıb.
Tükiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənən qərara əsasən, 1999-cu il fevralın 9-da imzalanmış sazişin müddəti 2025-ci il fevralın 15-dən etibarən əlavə beş il müddətinə uzadılacaq.
Prezident Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı oktyabrın 4-də Türkiyə hökumətinin rəsmi qəzeti olan “Resmi Gazete”də dərc olunub.
Qeyd edək ki, sözü keçən sənəd Türkiyə ilə UNIDO arasında mövcud əməkdaşlığı gələcəkdə daha da gücləndirməyi hədəfləyir.