SİYASƏT
2 dəqiqə oxuma
İsrail Livana hakimiyyət orqanları ilə görüşmək üçün nümayəndə göndərəcək
Netanyahunun ofisi hücumlar, ABŞ-ın təzyiqi və siyasi həssaslıqlar kövrək atəşkəs rejimini gərginləşdirsə də...
İsrail Livana hakimiyyət orqanları ilə görüşmək üçün nümayəndə göndərəcək
Netanyahu / Reuters

Netanyahunun ofisi hücumlar, ABŞ-ın təzyiqi və siyasi həssaslıqlar kövrək atəşkəs rejimini gərginləşdirsədə bu təşəbbüsü potensial əməkdaşlığa doğru ilk addım kimi təsvir edib.

Benyamin Netanyahunun ofisinin açıqlamasına görə, Netanyahu Livanda hökumət və iqtisadi rəsmilərlə görüşmək üçün nümayəndə göndərəcək.

Baş nazirin ofisindən verilən açıqlamada deyilir: "Netanyahu Milli Təhlükəsizlik Şurasının direktoru vəzifəsini icra edən şəxsə onun adından Livanda hökumət və iqtisadi rəsmilərlə görüşə nümayəndə göndərməyi tapşırıb. Bu, İsrail ilə Livan arasında münasibətlərin qurulması və iqtisadi əməkdaşlığın əsasının qoyulması üçün ilkin təşəbbüsdür".

Qeyd edək ki, Beyrut cənubdakı qonşusunu rəsmi olaraq tanımır və iki ölkə arasındakı münasibətlər son dərəcə həssasdır.

Atəşkəsin ildönümü daha çox hücumla qeyd olunub

Bu açıqlama İsrail ilə Livanda yerləşən Hizbullah militant qrupu arasında kövrək atəşkəsin birinci ildönümündən bir neçə gün sonra verilib.

Lakin İsrail atəşkəsə baxmayaraq Livanı dəfələrlə bombalayıb və bunun Hizbullah üzvlərini və infrastrukturu hədəf aldığını və qrupun hərbi potensialını bərpa etməsinin qarşısını almağı hədəflədiyini iddia edib.

İsrail son həftələrdə hücumlarını artırıb.

Atəşkəsin ildönümündə İsrail ordusu atəşkəs dövründə təxminən 1200 "hədəf əməliyyatı" həyata keçirdiyini və "370-dən çox terrorçunu zərərsizləşdirdiyini" iddia edib.

ABŞ Beyrutu Hizbullahı tərksilah etməyə çağırır

ABŞ Livan hökumətinə Hizbullahı tez bir zamanda tərksilah etmək üçün təzyiq göstərir və Livanla İsrail arasında birbaşa danışıqların aparılmasına təkid edir.

İsrailin xarici işlər naziri Gideon Saar ABŞ-ın Livan üzrə xüsusi nümayəndəsi Morqan Ortaqus ilə görüşüb.

Saar "X" platformasında ezdiyi paylaşımda deyib: "Livandakı vəziyyətlə bağlı yaxşı müzakirə apardıq. Mən Hizbullahın Livanın suverenliyini pozduğunu bildirdim. Hizbullahın tərksilah edilməsi Livanın gələcəyi və İsrailin təhlükəsizliyi üçün vacibdir. ABŞ bizim ən böyük müttəfiqimizdir və sıx əməkdaşlığımızı davam etdirəcəyik!".

İsrail mediasının məlumatına görə, Ortaqus İsrailə səfəri zamanı Netanyahu ilə də görüşüb.

Livan Atəşkəs İdarəsinə mülki nümayəndə təyin edib

Livan ABŞ-ın tələbi ilə İsraillə atəşkəsə nəzarət edən quruma göndərəcəyi nümayəndə heyətinə mülki şəxsin rəhbərlik edəcəyini açıqlayıb.

İndiyə qədər Livan hərbi məmurun növbədə olmasında israr edirdi və hərbi nümayəndələri İsrail nümayəndə heyəti ilə birbaşa təmasdan yayınırdılar.

Mülki nümayəndənin təyin edilməsi Livanın İsraillə danışıqlara hazır olduğunu bəyan etməsindən sonra baş verib.

Araşdırma
Prezident R.T.Ərdoğan və V.Putin arasında telefon danışığı keçirilib
M.Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib
Cey Di Vens: "Müharibənin başa çatması üçün İran uranı zənginləşdirmə fəaliyyətlərini azaltmalıdır"
Kanada Baş naziri M.Karni Türkiyəyə rəsmi səfər edəcək
İsrailin müdafiə naziri Katz ordunun Qəzzadakı hazırlıqlarını artırmağı tapşırıb
Məsud Pezeşkian:"ABŞ ilə danışıqların heç bir mənası yoxdur"
D. Peskov: "Ukrayna etdiklərinə görə cavab verəcək"
Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinə çağırış etdi
M.B.Qalibaf şərtlər yerinə yetirilməyənədək Hörmüz boğazının açılmayacağını bildirdi
D.Tramp Türkiyəyə tətbiq edilən CAATSA sanksiyalarının ləğvinə müsbət yanaşdığını bildirib
ABŞ İran heyətinə "ölkəni tərk edin" təlimatı verib
Fransa və Böyük Britaniya La-Manş boğazı ilə bağlı sazişinin ləğvini müzakirə edir
Yunanıstanlı deputat etiraf etdi: "Türkiyənin müdaxiləsindən sonra geri addım atdıq"
Səudiyyə Ərəbistanı Nazirlər Kabineti Türkiyə ilə viza rejiminin ləğvi haqqında sazişi təsdiqləyib
Tramp İrana qarşı sanksiyaları yumşaltmağa hazır olduğu ilə bağlı yayılan xəbərləri təkzib edib
Rusiya ordusu Kiyevə yeni hücumlar təşkil edib, bir Azərbaycan vətəndaşı həlak olub
Serbiya Prezidenti A.Vuçiç vəzifəsindən istefa verdi
İran ABŞ ilə danışıqlar aparmaq niyyətində olmadığını açıqlayıb
D.Tramp İranın 7 günlük atəşkəs təklifini qəbul etmədi
K. Mitsotakis BMT-dəki çıxışında Türkiyə-Yunanıstan münasibətlərini qiymətləndirib