ABŞ "Boeing"lə 8,6 milyard dollarlıq müqavilə bağlayıb

Pentaqon "Boeing" şirkəti ilə İsrail Hərbi Hava Qüvvələri üçün yeni F-15IA qırıcılarının dizaynı, istehsalı və çatdırılmasını nəzərdə tutan 8,6 milyard dollarlıq müqavilə imzalayıb

By
ABŞ "Boeing"lə 8,6 milyard dollarlıq müqavilə bağlayıb / AFP

Pentaqon "Boeing" şirkəti ilə İsrail Hərbi Hava Qüvvələri üçün yeni F-15IA qırıcılarının dizaynı, istehsalı və çatdırılmasını nəzərdə tutan 8,6 milyard dollarlıq müqavilə imzalayıb. Müqaviləyə əsasən, 25 yeni təyyarənin istehsalı və gələcəkdə daha 25 təyyarənin sifariş edilməsi imkanı nəzərdə tutulur.

Layihə üzrə işlər Missuri ştatında aparılacaq. Proqramın 2035-ci ilin 31 dekabr tarixinədək tamamlanması planlaşdırılır. Bu açıqlama ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında Floridada keçirilən görüşdən sonra verilib. Səfər çərçivəsində Netanyahu həmçinin ABŞ-nin müdafiə naziri Pit Heqset ilə mətbuata qapalı görüşlər keçirib.

Co Bayden və Donald Tramp administrasiyaları dövründə ABŞ İsrailə ən azı 21,7 milyard dollar hərbi yardım edib. Qeyd-şərtsiz silah dəstəyi ilə yanaşı, İsrail illik xüsusi imtiyazlardan, əlavə hərbi maliyyələşdirmədən və Konqresin məhdud nəzarətindən faydalanır. Bununla belə, Qəzzadakı münaqişələrdən sonra ABŞ İsrailə göstərdiyi hərbi yardım və silah satışına görə ciddi tənqidlərlə üzləşib.