Rusiya 300-ə yaxın PUA ilə Ukraynaya rekord sayda hücum etdi: ölən və yaralananlar var

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb

Four people were also reported dead in the western Khmelnytskyi region, four in the Kiev region and one in Mykolaiv in the south. / Photo: Reuters / Reuters

  Rusiya 300-ə yaxın pilotsuz uçuş aparatı və çoxsaylı raketlərdən istifadə edərək Ukraynaya rekord sayda hava hücumu edib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

  Hava hücumları Rusiya Federasiyasının Kursk vilayətindən 9 ədəd “İskəndər-M-KN-23” ballistik raketi, Saratov vilayətindən və Qara dənizdən buraxılan “Tu-95” və “Tu-160” strateji aviasiya təyyarələrindən 55 ədəd Kh-101 və Kalibr qanadlı raketləri, Qara dəniz üzərində Tu-22M3-dən 1 ədəd X-22 raketi, Şimal istiqamətindən taktiki təyyarələrdən 4 ədəd Kh-59/69 idarə olunan raketləri, 298 “Şahed” və digər növ hücum pilotsuz təyyarələri ilə reallaşdırılıb. Nəticədə 10-dan çox mülki şəxs həlak olub ki, aralarında uşaqlar da var.

  Ukrayna hava hücumundan müdafə üçün aviasiya, zenit-raket qüvvələrindən, elektron döyüş bölmələri və mobil atəş qruplarından istifadə edib. Rusiyanın 266 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. Onlardan 139-u atəşlə məhv edilib, 127-si elektron sistemlərlə söndürülüb.

  Ukrayna prezidenti Volodimir Zelenski sosial media hesablarında məlumat verib ki, Ukraynanın paytaxt Kiyev də daxil olmaqla, 30 şəhər və kəndinə ziyan dəyib.