DÜNYA
1 dəqiqə oxuma
Qəzzada daha bir uşaq soyuqdan ölüb
Tibbi mənbələrin verdiyi məlumata görə, Qəzzada yeddi aylıq Şata Əbu Cərad adlı körpə kəskin soyuqdan vəfat edib
Qəzzada daha bir uşaq soyuqdan ölüb
Qəzzada bir uşaq daha soyuqdan ölüb / AA
20 yanvar 2026

Tibbi mənbələrin verdiyi məlumata görə, Qəzzada yeddi aylıq Şata Əbu Cərad adlı körpə kəskin soyuqdan ölüb. Bununla da, bu il soyuqdan ölən uşaqların sayı doqquza yüksəlib.

İsrailin iki ildən artıq davam edən hərbi müdaxiləsi nəticəsində infrastruktur dağılıb və 1,5 milyondan çox fələstinli məcburi köçkün vəziyyətinə düşüb. Hazırda yüz minlərlə ailə çadırlarda və ya sığınacaqlarda yaşayır. Kifayət qədər yorğan, isti geyim və qızdırıcının olmaması dinc sakinlərin həyatını ciddi təhlükəyə atır.

Oktyabrın 10-da atəşkəs razılaşması əldə edilsə də, yardım təşkilatları İsrailin Qəzzaya humanitar yardım və sığınacaq materiallarının girişini blokladığını bildirir. Qəzzadakı hökumətin media ofisindən verilən məlumata görə, son fırtınalar nəticəsində təxminən 7000 çadır tamamilə dağılıb.

Rəsmi məlumatlara görə, soyuqdan ölənlərin ümumi sayı artıq 30-a yaxınlaşır. Qurbanların hamısı yurd-yuvalarından didərgin düşmüş şəxslərdir.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayından bəri Qəzzada əksəriyyəti qadın və uşaqlar olmaqla 70.700-ə yaxın insan həyatını itirib, 171.000-dən çox adam isə yaralanıb.

Araşdırma
Rusiya hərbi obyektinə dəyən raketin qalıqları səbəbindən yaxınlıqdakı kəndlərdən biri boşaldılıb
Sudanda Nil çayında bərənin aşması nəticəsində on beş nəfər həlak olub
Rusiya Ukraynanın Odessa bölgəsindəki elektrik stansiyasına zərbə endirib
Liviyada təcili yardım helikopteri qəzaya uğrayıb
Kolumbiyada rekord həddə yağan yağış ölümcül daşqınlara və torpaq sürüşmələrinə səbəb olub
Yaponiyada güclü qar yağışı 46 nəfərin ölümünə səbəb olub
Liviya sahillərində qayıq aşıb, ikisi körpə olmaqla 53 miqrant ölüb və ya itkin düşüb
İsak Hersoqun Avstraliyaya səfəri zamanı Fələstin tərəfdarı etirazlar keçirilib
İsrail qüvvələri atəşkəs davam edərkən Rəfahın şərqində daha dörd fələstinlini öldürüb
Suriyanın şimal-qərbində baş verən qəfil daşqınlar yüzlərlə insanı evsiz qoyub
Rusiyaya məxsus dronlar Odessa və Xarkova zərbələr endirib, ən azı üç nəfər ölüb
Nigeriyada yol-nəqliyyat hadisəsi olub, ölən və yaralananlar var
Livanda beşmərtəbəli binanın çökməsi nəticəsində həyatını itirənlərin sayı 9 nəfərə çatıb
Cənubi Koreyada "AH-1S Cobra" helikopteri qəzaya uğrayıb
Hindistanda kömür mədənində baş verən partlayışda ölənlərin sayı 27-yə çatıb
Çin və Cənubi Koreya 15 ildən sonra birgə SAREX təlimlərini bərpa etməyi müzakirə etdi
Karni: "Türkiyə Kanada üçün həyati tərəfdaşdır"
Qətərdə keçirilən “Ərəb Körfəzi Təhlükəsizliyi–4” təlimi başa çatıb
İsrail 54 fələstinlinin cəsədini təhvil verib
İsrailin bir zabitin yaralandığını iddia etməsindən sonra Qəzzada doqquz fələstinli həlak olub