İsrail 54 fələstinlinin cəsədini təhvil verib

Qəzza Səhiyyə Nazirliyi İsrail tərəfindən qaytarılan 54 fələstinlinin cəsədinin və çoxsaylı insan qalıqlarının olduğu onlarla qutunun Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Qəzzaya təhvil verildiyini açıqlayıb

By
İsrail 54 fələstinlinin cəsədini təhvil verib / AA

Qəzza Səhiyyə Nazirliyi İsrail tərəfindən qaytarılan 54 fələstinlinin cəsədinin və çoxsaylı insan qalıqlarının olduğu onlarla qutunun Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Qəzzaya təhvil verildiyini açıqlayıb.

Nazirliyin yaydığı bəyanatda qeyd olunur ki, həmin qalıqlar xüsusi nəqliyyat vasitələri ilə Əl-Şifa Tibb Kompleksinə gətirilib. Tibb heyəti qəbul edilmiş prosedurlara uyğun olaraq məhkəmə-tibbi ekspertiza işlərinə başlayıb. Nazirlik müayinə və sənədləşdirmə proseslərinin aidiyyəti qurumlar və ekspert komissiyaları ilə koordinasiyalı şəkildə davam etdirildiyini bildirib. Proses yekunlaşdıqdan sonra ailələrə müəyyən edilmiş protokollar əsasında cəsədlərin şəxsiyyətini müəyyənləşdirməyə icazə veriləcək.

Fələstin rəsmilərinin sözlərinə görə, bu hadisə oktyabrın 10-da qüvvəyə minən mərhələli atəşkəs razılaşmasının İsrail tərəfindən mütəmadi olaraq pozulduğu bir vaxtda baş verib. Yanvar ayında ABŞ tərəfindən elan edilən atəşkəs planı İsrail qüvvələrinin Qəzzadan çıxarılmasını və bölgədə bərpa işlərinə başlanmasını nəzərdə tuturdu.

Birləşmiş Millətlər Təşkilatının proqnozlarına görə, bölgənin bərpası üçün təxminən 70 milyard dollar vəsaitə ehtiyac var.

Vasitəçilik səylərinə baxmayaraq, fevralın 4-ü səhər saatlarında İsrailin Qəzzada məcburi köçkünlərin sığındığı çadırları, yaşayış evini və mülki ərazini hədəf alıb. Tibbi mənbələrin məlumatına görə, hücum nəticəsində aralarında qadın və uşaqların da olduğu 21 fələstinli həyatını itirib, çox sayda insan yaralanıb.

Fələstin Qırız Aypara Cəmiyyəti isə Qəzzanın cənubundakı Xan Yunis şəhərinin Əl-Məvasi rayonunda baş verən bombardman zamanı bir tibb işçisi də daxil olmaqla iki nəfərin həlak olduğunu, 12 nəfərin isə yaralandığını bildirib. Yaralılar dərhal ərazidəki xəstəxanaya aparılıb.