SİYASƏT
2 dəqiqə oxuma
Rubio: "Netanyahunun planı Trampın planı ilə ziddiyyət təşkil edir"
Vaşinqton administrasiyası gələcəkdə baş verə biləcək münaqişələrin qarşısını almaq məqsədilə HƏMAS-ın tərksilah olunmağı qəbul etməsi şərti ilə...
Rubio: "Netanyahunun planı Trampın planı ilə ziddiyyət təşkil edir"
Marko Rubio / AP

Vaşinqton administrasiyası gələcəkdə baş verə biləcək münaqişələrin qarşısını almaq məqsədilə HƏMAS-ın tərksilah olunmağı qəbul etməsi şərti ilə Qəzzada beynəlxalq sabitləşdirici qüvvənin yerləşdirilməsini hədəfləyir.

ABŞ-nin Dövlət katibi Marko Rubio İsrailin Qəzza zolağının 70 faizini işğal etmək planının Tramp administrasiyasının müharibəni bitirməyə yönəlmiş təklifinin bir hissəsi olmadığını açıqlayıb.

M.Rubio Fələstin torpaqlarında yaşanan humanitar böhranla bağlı Konqres üzvlərinin kəskin sualları ilə üzləşib. Demokrat nümayəndə Roza Delauronun İsrail Baş naziri Benyamin Netanyahunun orduya "Qəzza torpaqlarının 70 faizini nəzarətə götürmək" barədə verdiyi göstərişlə bağlı sualına cavab verən Rubio deyib: "Bizim bir planımız var və bu plan belə bir vəziyyəti nəzərdə tutmur". Sualların israrla davam etməsindən sonra Rubio deyib ki, Netanyahu bu bəyanatı səsləndirdi, lakin bu vəziyyət bizim planımızın bir hissəsi deyil.

Administrasiyanın Qəzzadakı böhranı görməzdən gəldiyi barədə ittihamları rədd edən Rubio Vaşinqtonun HƏMAS-ın tərksilah olunması şərti ilə Qəzzada beynəlxalq sabitləşdirici qüvvənin yerləşdirilməsini hədəflədiyini bildirib. Rubio deyib: "HƏMAS tərksilah olunana qədər heç kim Qəzzaya investisiya qoymayacaq".

Rubio administrasiyanın planını müdafiə etdi

Regionda 10 oktyabr 2025-ci il tarixində qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrail ordusu demək olar ki, hər gün həyata keçirdiyi hücum və pozuntularla 932 fələstinlini qətlə yetirib. Baş nazir Netanyahu ötən günlərdə verdiyi açıqlamada İsrail qüvvələrinin hazırda Qəzzanın təxminən 60 faizinə nəzarət etdiyini bildirərək, bu nisbəti 70 faizə çatdırmağı hədəflədiklərini bəyan etmişdi. Halbuki, Tramp planının birinci mərhələsi çərçivəsində İsrail qüvvələrinin daha əvvəl "sarı xətt"ə çəkilməsi və regionun 53 faizinə nəzarət etməsi nəzərdə tutulurdu.

Konqresdəki iclasda nümayəndə DeLauro işğal altındakı İordan çayının qərb sahilinin "faktiki ilhaq edilməsi" məsələsini də gündəmə gətirib. Dövlət katıbı Rubio ABŞ Prezidenti Donald Trampın regionun statusunda ediləcək birtərəfli dəyişikliklərə əvvəldən qarşı olduğunu vurğulayıb.

Rubio deyib: "Cənab Prezident bu cür dəyişiklikləri dəstəkləmədiyini dəqiq və təkrarən ifadə etmişdir. Belə addımlar Qəzzadakı razılaşma prosesini də çətinliyə sala bilər”.

İşğal altındakı İordan çayının qərb sahilində 2023-cü ilin oktyabrından bəri dərinləşən İsrail zorakılığında rəsmi məlumatlara görə, bu günə qədər 1 168 fələstinli həyatını itirib, təxminən 23 min nəfər isə saxlanılıb.

Araşdırma
ABŞ Nümayəndələr Palatası qanun layihəsini təsdiqləyib
Zelenski Putini bitərəf ölkədə birbaşa danışıqlar aparmağa çağırıb
Kil İnstitutu: Avropanın hərbi yardımı Ukraynadakı PUA istehsalını sürətləndirir
BMT Təhlükəsizlik Şurası İsrailin Livandakı hərbi fəaliyyətinə görə təcili iclas keçirib
SEPAH ABŞ ilə müharibənin davam edəcəyi təqdirdə bütün ssenarilərə hazır olduğunu bildirib
Tramp: "ABŞ-İran atəşkəsi və Hörmüzün açılması gələn həftə gözlənilir"
Türkiyə dövləti İsrailin Məscidül-Əqsada törətdiyi təxribatları kəskin şəkildə pisləyib
Tramp təklif olunan razılaşma çərçivəsində İrana nüvə silahı icazəsi verilməyəcəyini açıqlayıb
Tramp və Əl Şaraa ABŞ-nin sanksiyaları və Suriyada bərpa məsələlərini müzakirə ediblər
Marko Rubio İsrail-Livan münaqişəsinin nizamlanması üçün mərhələli plan təqdim edib
Malta Leyborist Partiyası növbədənkənar parlament seçkilərində növbəti dəfə qələbə qazanıb
M.Pezeşkian:''Əsas məhsulların idxalı ilə bağlı regional liderlərlə danışıqlar aparacağıq''
Rusiya və Əfqanıstan arasında hərbi-texniki əməkdaşlıq haqqında müqavilə imzalanıb
Ursula fon der Leyen:''Aİ Ukraynanın hərbi ehtiyacları üçün 28 milyard avrodan çox vəsait ayırıb''
Aİ Rusiyanın xəbərdarlığına baxmayaraq, Kiyevdəki diplomatlarını geri çağırmayacağını açıqlayıb
Tramp İranla danışıqları konstruktiv adlandırdı, lakin blokadanın davam edəcəyini bildirdi
Pezeşkian: "Ölkənin şərəf və ləyaqətindən güzəştə gedilməyəcək"
R.T.Ərdoğan regional liderlərlə İran və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
D.Tramp İranla aparılan sülh danışıqları ilə bağlı açıqlama verib
Marko Rubio: ''İranla danışıqlarda irəliləyiş var''