SİYASƏT
2 dəqiqə oxuma
Tramp: "Ərdoğan Rusiya-Ukrayna müharibəsinin sona çatmasında rol oynaya bilər"
ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə Ukrayna arasında davam edən müharibənin sona çatdırılmasında mühüm rol oynaya biləcəyini deyib
Tramp: "Ərdoğan Rusiya-Ukrayna müharibəsinin sona çatmasında rol oynaya bilər"
Tramp-Ərdoğan / AP

ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə Ukrayna arasında davam edən müharibənin sona çatdırılmasında mühüm rol oynaya biləcəyini deyib.

Tramp bu fikirləri Misirdən ABŞ-a qayıdarkən "Air Force One" təyyarəsində jurnalistlərlə söhbəti zamanı səsləndirib. Liderlərin Rusiya-Ukrayna müharibəsində vasitəçi olub-ola bilməyəcəyi ilə bağlı sualı cavablandıran Tramp "Ərdoğan bunu bacara bilər", – deyə bildirib.

O əlavə edib ki, Ərdoğan Rusiyanın hörmət etdiyi bir liderdir.

Qeyd edək ki, Türkiyə 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün diplomatik səylərini davam etdirir. Ankara həm Kiyev, həm də Moskva ilə danışıqlar yolu ilə münaqişəyə son qoyulmasına çağırış edərək, sülhün bərqərar olması üçün vasitəçilik də daxil olmaqla bütün təşəbbüslərə hazır olduğunu bəyan edib.

Zelenski ilə görüş

Tramp təyyarədə jurnalistlərin suallarını cavablandırarkən, Ukrayna prezidenti Volodimir Zelenski ilə oktyabrın 17-də Ağ Evdə görüşəcəyini təsdiqləyib.

Zelenski isə günün əvvəlində “X” sosial platformasında paylaşım edərək, ABŞ-a bir sıra görüşlər üçün nümayəndə heyətinin yola düşdüyünü bildirib və cümə günü Tramp ilə görüşəcəyini qeyd edib.

“Cümə günü Vaşinqtona səfər edəcəyəm və prezident Tramp ilə görüşmək imkanım olacaq,” – deyə Zelenski paylaşımında bildirib. O, həmçinin əlavə edib: “Bir sıra addımları müzakirə edəcəyimizi düşünürəm. Dialoqumuza və dəstəyinə görə prezident Trampa minnətdaram”.

Zelenski səfərin əsas diqqətinin hava hücumundan müdafiə və uzun mənzilli imkanlar olacağını qeyd edərək, "Rusiya üzərinə sülh naminə təzyiq göstərmək üçün" bu məsələlərin gündəmdə olacağını vurğulayıb.

Araşdırma
NATO Qara dənizdəki PUA hücumları ilə bağlı müdafiə tədbirlərini nəzərdən keçirəcək
ABŞ Prezidenti Tramp Çin və Rusiyanın İrana kömək etdiklərini düşünmədiyini bildirib
Rusiya: Atəşkəs deyil, uzunmüddətli sülh istəyirik
V.Zelenski Ukrayna nümayəndə heyətinin sabah S.Uitkoff  və C.Kuşnerlə görüşəcəyini bildirib
ABŞ mətbuatı: "Ağ Ev seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları müzakirə edir"
Pakistan qüvvələri Səudiyyə Ərəbistanına göndərilib
İran:''ABŞ-nin təkliflərinə cavabımız diplomatik kanallarla çatdırılacaq''
Prezident R.T.Ərdoğan və V.Putin arasında telefon danışığı keçirilib
M.Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib
Cey Di Vens: "Müharibənin başa çatması üçün İran uranı zənginləşdirmə fəaliyyətlərini azaltmalıdır"
Kanada Baş naziri M.Karni Türkiyəyə rəsmi səfər edəcək
İsrailin müdafiə naziri Katz ordunun Qəzzadakı hazırlıqlarını artırmağı tapşırıb
Məsud Pezeşkian:"ABŞ ilə danışıqların heç bir mənası yoxdur"
D. Peskov: "Ukrayna etdiklərinə görə cavab verəcək"
Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinə çağırış etdi
M.B.Qalibaf şərtlər yerinə yetirilməyənədək Hörmüz boğazının açılmayacağını bildirdi
D.Tramp Türkiyəyə tətbiq edilən CAATSA sanksiyalarının ləğvinə müsbət yanaşdığını bildirib
ABŞ İran heyətinə "ölkəni tərk edin" təlimatı verib
Fransa və Böyük Britaniya La-Manş boğazı ilə bağlı sazişinin ləğvini müzakirə edir
Yunanıstanlı deputat etiraf etdi: "Türkiyənin müdaxiləsindən sonra geri addım atdıq"