Türk dalğıc Şahika Ercümen Qəzzaya həsr etdiyi dalışda dünya rekordu qırdı

Şahika Ercümen Qəzza xalqı ilə həmrəy olaraq üzgəcsiz dalışda dəyişkən çəki dərəcəsində 107 metrə çataraq öz rekordunu qırıb

Şahika Ercümen / AA

Türkiyənin milli atleti Şahika Ercümen Qəzza xalqı ilə həmrəy olduğunu göstərmək üçün Aralıq dənizində həyata keçirdiyi xüsusi dalışda öz dünya rekordunu yeniləyib.

Çoxsaylı dünya rekordçusu olan Ercümen dəyişkən çəki kateqoriyasında üzgəcsiz bir nəfəsdə 107 metrə (351 fut) enərək, əvvəlki 106 metr (348 fut) rekordunu qırıb. Dalış Türkiyənin məşhur turizm mərkəzlərindən biri olan Antalyada baş tutub və 3 dəqiqə 21 saniyəyə başa çatıb. Bu tədbir “Qəzza nəfəs alsın, qaranlıq işığa dönsün” şüarı altında maarifləndirmə və həmrəylik yaratmaq məqsədi ilə keçirilib.

Şahika Ercüman və komandası üzə çıxdıqdan sonra Türkiyə və Fələstin bayraqlarını açıb, həmçinin Türkiyə Cümhuriyyətinin 102-ci ildönümünü də anmaq və “Qəzza nəfəs alsın” yazılmış pankart açıblar.

Əvvəlki rekord cəhdlərini müxtəlif humanitar məqsədlərə həsr etdiyini açıqlayan Ercümen Qəzzada müharibə və ağır blokada illərini vurğulamaq, ümid və həmrəylik mesajı vermək üçün bu uğura imza atdığını açıqlayıb.

"Fərqli bir həyəcan"

Dalışdan sonra Ercümen "Anadolu" agentliyinə illərdir milli idmançı olduğunu, çoxsaylı dünya çempionatlarında iştirak etdiyini və saysız-hesabsız rekordlar qırdığını bildirib. Ancaq o, bu cəhdin onun üçün tamamilə fərqli bir emosional intensivlik olduğunu söyləyib.

"Son ana qədər hər şey qeyri-müəyyən idi" deyən Şahika komandasının ona böyük dəstək verdiyini bildirib: "Onları utandırmaq istəmirdim. Dalğa başlayanda ürək döyüntüm 120 civarında idi. Amma indi çiyinlərimdən böyük bir yük götürülüb".

Sahika "Ölkəmizi milli idmançı kimi təmsil etmək mənim üçün çox şey deməkdir. Biz təkcə Türkiyə üçün dünya rekordu əldə etmədik, həm də ölkəmizdən bütün dünyaya mesaj verdik, bu məni duyğulandırır" deyib.

Çempion dalğıc dünya rekordunu 1923-cü ildə qurulan Türkiyə Cümhuriyyətinin 102-ci ildönümünə həsr etdiyini də bildirib.

"Düz on il əvvəl, başqa bir rekord cəhdi zamanı, vaxt Qəzzada qarşıdurma dövrünə təsadüf etmişdi. O vaxt da biz deyirdik ki, “Qoy Qəzza nəfəs alsın”, -deyə o qeyd edib.

"Nəfəs ala bilməmək kimi"

Bu yaxınlarda bağlanan atəşkəsə də toxunan Şahika deyib: "İllər keçdi. İndi ümid edirəm ki, bu sülh prosesi qalıcı olacaq. Qəzza üçün nəfəsimi suda tutmaq istədim ki, nəfəs ala bilsinlər. Dəqiqələrcə nəfəs ala bilməməyin nə demək olduğunu çox yaxşı bilirəm və onlar bu qədər uzun müddətdir bu təzyiqə məruz qalıblar. Buna görə də biz dünyaya bir mesaj göndərmək istədik: Qoy Qəzza nəfəs alsın”.

Dalış üçün hazırlıq prosesini "təsvir etmək çətin" olaraq xarakterizə edən Ş.Ercümen "Bu il mənim üçün çox çətin oldu" deyib.

Keçən ay Yunanıstanda keçirilən CMAS Dünya Çempionatına toxunaraq deyib ki, mən dünya çempionatında iştirak etdim; çətin turnir idi. Bura gələndə fırtına ilə qarşılaşdıq. Bəzi məşqlərimiz ləğv olundu. İstədiyim kimi hazırlaşmasam da, əlimizdən gələni etdik.

O, əlavə edib: "Möhtəşəm komandam var idi və tərəfdarlarım məni həqiqətən motivasiya etdilər. Çətin şərtlərə baxmayaraq, rekordu qıra bildik".