Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilib

Ankara media və kommunikasiya sahəsində Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu baş tutub

By
Ankarada dezinformasiyaya qarşı Zirvə keçirilib / TRT Global

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən təşkil olunan Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu üzv ölkələr arasında informasiya təhlükəsizliyinin təmin edilməsi və manipulyativ addımlara qarşı vahid mövqenin formalaşdırılması məqsədilə işinə başlayıb.

Forumda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kipr Türk Cumhuriyyətindən (ŞKTC) nazir və yüksək vəzifəli rəsmilər, media quruluşlarının rəhbərləri, alimlər və jurnalistlər iştirak ediblər. Tədbirin əsas məqsədinin türk dövlətləri arasında səmərəli kommunikasiya platformasının yaradılması, təcrübə mübadiləsinin genişləndirilməsi və dezinformasiya ilə mübarizədə institusional əməkdaşlığın gücləndirilməsi olduğu açıqlanıb.

 “Kommunikasiya cəbhəsində sıralarımızı daha da möhkəmləndirəcəyik”

Forumda açılış nitqi ilə çıxış edən Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran dezinformasiyanın təkcə saxta məlumat olmadığını, eyni zamanda milli təhlükəsizliyi və ictimai sabitliyi hədəf alan strateji təhdid xarakteri daşıdığını vurğulayıb. B.Duran “kommunikasiya cəbhəsində sıralarımızı daha da möhkəmləndirəcəyik” deyərək, Türk Dövlətləri Təşkilatının “dildə, fikirdə, işdə birlik” şüarı ilə hərəkət etməsinin vacibliyini qeyd edib. O, həmçinin dezinformasiya ilə mübarizənin Türk Dünyası – 2040 Vizyonunda və 2025-ci il üzrə İnformasiya Məkanında Fəaliyyət Planında yer almasının bu məsələnin həyati əhəmiyyətini açıq şəkildə göstərdiyini bildirib. 

Həqiqətə qarşı qlobal təhdid

Burhanəddin Duran dezinformasiyanın artıq beynəlxalq miqyasda istifadə olunan bir alətə çevrildiyini diqqətə çatdıraraq, xüsusilə enerji, müdafiə və nəqliyyat kimi strateji layihələrə qarşı sistemli qaralama kampaniyalarının aparıldığını vurğulayıb. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın əleyhinə yayılan manipulyativ xəbərləri nümunə göstərən B.Duran həqiqətin qəsdən təhrif edilməsini “zehni fəlakət” kimi qiymətləndirib.

Azərbaycan Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov isə dezinformasiyanın insanlığın ortaq problemi olduğunu bildirərək, çıxış yolunun cəmiyyətlərin sayıqlığının artırılmasından və peşəkar media etikasının gücləndirilməsindən keçdiyini qeyd edib.

Sondan isə forum türk dünyasının ortaq gələcəyini hədəf alan informasiya və rəy manipulyasiyalarına qarşı daha möhkəm birgə müdafiə mexanizmi formalaşdırmaq əzmi ilə fəaliyyətini davam etdirəcəyi bildirilib.