Antonio Quttereş: “İran Hörmüz boğazındakı blokadaya son qoymalıdır”
‘‘Politico’’ nəşrinin məlumatına görə, BMT-nin Baş katibi Antonio Quterreş Qəzzada dağıdılmış mənzillərin və infrastrukturun bərpası üçün yaradılan Sülh Komissiyası ilə fəal əməkdaşlıq etdiklərini bildirib
‘‘Politico’’ nəşrinin məlumatına görə, BMT-nin Baş katibi Antonio Quterreş Qəzzada dağıdılmış mənzillərin və infrastrukturun bərpası üçün yaradılan Sülh Komissiyası ilə fəal əməkdaşlıq etdiklərini bildirib. Baş katib qeyd edib ki, bu məqsəd BMT Təhlükəsizlik Şurası tərəfindən müəyyən olunub və rəsmi şəkildə təsdiqlənib.
Antonio Quterreş bildirib ki, bu strukturun fəaliyyəti yalnız Qəzzanın yenidən qurulması ilə məhdudlaşmalıdır və onun daha geniş rol oynamasına ehtiyac yoxdur. BMT-nin Baş katibi vurğulayıb ki, mövcud problemləri təkcə bu çərçivədə həll etmək mümkün deyil. Quterreş həmçinin qeyd edib ki, hər hansı sülh təşəbbüsü beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinin prinsiplərinə əsaslanmalıdır.
Regiondakı digər gərginliklərə də toxunan Baş katib İranı Hörmüz boğazındakı blokadanı aradan qaldırmağa çağırıb. O, BMT-nin bu strateji su yolunun təhlükəsizliyinin təmin edilməsində və gərginliyin azaldılması planlarında iştirak edə biləcəyini ifadə edib.
A. Quterreş bildirib ki, müharibə başlayandan bəri Donald Trampla birbaşa əlaqə saxlamayıb, lakin ABŞ administrasiyasının digər rəsmiləri ilə mütəmadi olaraq görüş keçirir.