Tramp İrana xəbərdarlıq etdi: "Etirazçıların edamı sərt tədbirlərlə nəticələnəcək"
İran Vaşinqtonun "oyun planının" yenə uğursuz olacağını bildirib
ABŞ prezidenti Donald Tramp xəbərdarlıq edib ki, İran rəsmiləri bəzi etirazçıları edam etmək təhdidini həyata keçirəcəyi təqdirdə təfərrüatları açıqlamadan "çox sərt addımlar atacaq. Tehran isə Amerika xəbərdarlıqlarını "hərbi müdaxilə üçün bəhanə" kimi təsvir edib.
Daha əvvəl İrandakı etirazçılara "kömək yoldadır" deyən Tramp "CBS News" telekanalına verdiyi müsahibədə İran edamları həyata keçirməyə başlasa, ABŞ-ın tədbir görəcəyini deyib.
Tehran prokurorları son etirazlara görə saxlanılan bəzi şübhəlilər üçün "moharebeh", yəni "Allaha qarşı müharibə aparmaq" ittihamı ilə edam cəzası tələb edəcəklərini açıqlayıblar.
İrana dəfələrlə hərbi müdaxilə ilə hədələyən Tramp deyib: "Əgər onlar belə bir şey etsələr, biz çox sərt tədbirlər görəcəyik. Minlərlə insanı öldürməyə başlayanda və indi mənimlə edamlar haqqında danışırsınızsa , bunun onlar üçün necə bitəcəyini görəcəyik".
ABŞ Dövlət Departamenti fars dilində "X" hesabı vasitəsilə 26 yaşlı etirazçı Erfan Soltaninin yanvarın 13-də edam cəzasına məhkum edildiyini açıqlayıb.
Dövlət Departamenti "Erfan edam cəzasına məhkum edilən ilk etirazçıdır, amma sonuncu olmayacaq" deyə əlavə edib və 10 min 600-dən çox iranlının saxlanıldığını bildirib.
Digər tərəfdən, İranın BMT-dəki missiyası "" platformasında paylaşım edərək, Vaşinqtonun "oyun planının" "yenidən uğursuz olacağını" bildirib.
Paylaşımda deyilir: "ABŞ-ın İranla bağlı xəyalları və siyasəti rejim dəyişikliyinə əsaslanır; sanksiyalar, təhdidlər, təhrik edilmiş iğtişaşlar və xaos hərbi müdaxilə üçün bəhanə yaratmaq üçün iş metodu kimi istifadə olunur".
İran dövlət mediası onlarla təhlükəsizlik qüvvəsi üzvünün öldürüldüyünü və dəfn mərasimlərinin hökumətyönlü böyük mitinqlərə çevrildiyini bildirib.
Tehran rəsmiləri son günlərdə ölən "şəhidlər" üçün bu gün (14 paytaxtda kütləvi dəfn mərasiminin keçiriləcəyini açıqlayıblar.
İnsan haqları təşkilatları hökuməti etirazçıları güllələyərək öldürməkdə və beş gündən çox davam edən internet bloklanması ilə təzyiqlərin miqyasını gizlətməkdə ittiham edir.
İran rəsmiləri isə gecələrlə davam edən genişmiqyaslı etirazlardan sonra ölkədə nəzarətin bərpa olunduğunu iddia edirlər.