TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyə və Ermənistan Ani körpüsünün bərpasına dair saziş imzalayıb
C.Yılmaz sazişin Türkiyə ilə Ermənistan arasında “həm rəmzi, həm də konkret əməkdaşlığı” əks etdirdiyini vurğulayıb
Türkiyə və Ermənistan Ani körpüsünün bərpasına dair saziş imzalayıb
Türkiyə və Ermənistan Ani körpüsünün bərpasına dair saziş imzalayıb / AA

Türkiyə ilə Ermənistan iki ölkə arasındakı əlaqələri gücləndirməyə yönəlmiş addım ataraq Ani körpüsünün birgə bərpasına dair anlaşma memorandumu imzalayıb.

Saziş Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Türkiyə Prezidentinin müavini Cevdet Yılmazın 8-ci Avropa Siyasi Birliyi Zirvəsi çərçivəsində keçirilən tədbirlər zamanı İrəvanda baş tutan görüşündən sonra mayın 4-də elan edilib.

Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndə Serdar Kılıç və Ermənistan Milli Assambleyası sədrinin müavini, Ermənistan-Türkiyə normallaşma prosesi üzrə xüsusi nümayəndə Ruben Rubinyan sazişi C.Yılmaz və N.Paşinyanın iştirakı ilə imzalayıb.

Uzun müddət ayrılığın rəmzi kimi görülən Ani körpüsü iki qonşu arasında barışığın əlaməti kimi də qiymətləndirilir.

C.Yılmaz İrəvanda keçirdiyi görüşlərin ikitərəfli münasibətlərlə yanaşı, nəqliyyat, gömrük, enerji və rəqəmsal transformasiya məsələlərini əhatə etdiyini, həmçinin regional inteqrasiyanın gücləndirilməsinə yönəldiyini bildirib.

Tərəflər arasında normallaşma prosesində son dövrdə əldə edilən irəliləyişlərin konkret nəticələr verməyə başladığını bildirən Türkiyə Prezidentinin müavini bunun diplomatik dinamikada mərhələli dəyişikliyə işarə etdiyini qeyd edib.

C.Yılmaz körpünün bərpasına dair sazişin Türkiyə ilə Ermənistan arasında həm “rəmzi, həm də konkret əməkdaşlığı” əks etdirdiyini “NSosyal”da paylaşdığı açıqlamada belə ifadə edib: “Cənab N.Paşinyanla görüşümüzdə ikitərəfli münasibətlərimizi hərtərəfli şəkildə müzakirə etdik. Həmçinin nəqliyyat, gömrük, enerji, rəqəmsal infrastruktur və bağlantıları gücləndirəcək addımları da müzakirə etmək imkanımız oldu. Normallaşma prosesində atılan qarşılıqlı konstruktiv addımların konkret irəliləyişlərə səbəb olmasından da ayrıca məmnunluq hissi keçiririk.

 

Avropa Siyasi Birliyi Zirvəsi

Türkiyə Prezidentinin müavini C.Yılmaz, həmçinin İrəvandakı Avropa Siyasi Birliyi Zirvəsində iştirak edib. O, açılış mərasimindən sonra ilk sessiyaya qatılıb və digər liderlərlə birlikdə ailə fotosunda yer alıb.

Zirvədə Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və İtaliyanın Baş naziri Corca Meloni də daxil olmaqla, 40-dan çox ölkə lideri iştirak edir.

Zirvə zamanı C.Yılmaz ikitərəfli münasibətlər və əməkdaşlıq sahələrini müzakirə etmək üçün Norveçin Baş naziri Yonas Qar Stor ilə də görüşüb.

C.Yılmaz “NSosyal” platformasında paylaşdığı açıqlamada bildirib: “Görüşümüzdə Türkiyə-Norveç ikitərəfli münasibətləri ilə yanaşı, iqtisadiyyat, ticarət, turizm, sərmayələr, enerji, elm və texnologiya, müdafiə sənayesi və terrorla mübarizə kimi bir çox mövzunu müzakirə etdik. Türkiyə olaraq Norveçlə hər sahədə əməkdaşlığımızı inkişaf etdirməyi vacib hesab edirik. Hörmətli Baş nazirə konstruktiv yanaşmaları və əməkdaşlığımıza verdiyi töhfələrə görə təşəkkür edirəm.”

C.Yılmaz həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

C.Yılmaz “NSosyal”da paylaşdığı digər açıqlamada deyib: “ATƏT-in malik olduğu institusional təcrübə ilə qarşıdakı dövrdə də Avro-Atlantik və Avrasiya coğrafiyasında sülhə, əmin-amanlığa və sabitliyə səmərəli töhfə verməsini səmimi-qəlbdən arzulayır, hörmətli F.Sinirlioğluna fəaliyyətində uğurlar diləyirəm.”

MƏNBƏ:TRT
Araşdırma
Ərdoğan: "Türkiyə Qırmızı Aypara Cəmiyyəti qlobal humanitar yardım səyləri ilə seçilir"
Türkiyə iki tərəf arasında imzalanan hərbi razılaşmaya sərt cavab verəcəyi barədə xəbərdarlıq edib
R.T.Ərdoğan Türkiyə Qızıl Aypara Cəmiyyətinin 158-ci ildönümü münasibətilə təbrik mesajı yayıb
Prezident Ərdoğan: "İsrailin Suriya və Livanda həyata keçirdiyi hücumlar Türkiyəyə təhlükə yaradır"
Türkiyə COP31 iqlim sammitinə ev sahibliyi müqaviləsini imzalayıb
Hakan Fidan Prezident Ərdoğanı Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi sammitində təmsil edəcək
Türkiyənin T3 Fondu Avropanın nüfuzlu elm mükafatını qazanıb
Rəcəb Tayyib Ərdoğan Delsi Rodriqeslə görüşüb
Türkiyə, Azərbaycan və Gürcüstan arasında İstanbul Bəyannaməsi qəbul edilib
TUSAŞ hərbi aviasiya texnologiyaları sahəsində uğurla inkişaf edir
Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Qəzza məsələsi ilə bağlı Qahirədə səfərdədir
H.Fidan: “ Türkiyə və Hindistan bəzi problemləri mötərizəyə alaraq müsbət əlaqələr qurmalıdır”
Hakan Fidan: "Tələb olunarsa, Hörmüz boğazındakı mina təmizləmə işlərinə dəstək verə bilərik"
Sıfır Tullantı Festivalında ziyarətçi sayı 400 mini ötüb
Sıfır Tullantı Forumunda "Qlobal Sıfır Tullantı Regionları Təşəbbüsü" proqramı təqdim edilib
Əminə Ərdoğan "Sıfır Tullantı Forumu 2026" tədbirində iştirak edib
B.Duran Ümumdünya Ətraf Mühit Günü münasibətilə təbrik mesajı yayımlayıb
Sıfır Tullantı Festivalı Atatürk Hava Limanında davam edir
Qara dənizdə Türkiyəyə məxsus balıqçı gəmisinə hücum edilib
Hakan Fidan Banqladeşə rəsmi səfər edəcək