''Aalborg'' hava limanında bütün uçuşlar müvəqqəti dayandırılıb
Bu barədə yerli polis məlumat verib
Danimarkanın şimalındakı ‘‘Aalborg’’ hava limanı ətrafında pilotsuz uçuş aparatlarının müşahidə olunması səbəbindən bütün uçuşlar müvəqqəti dayandırılıb. Bu barədə yerli polis məlumat verib.
"Aalborg hava limanı ətrafında pilotsuz uçuş aparatları müşahidə olunub və hava məkanı bağlanıb. Hadisə yerində araşdırmalar davam edir’’,-deyə polisin yaydığı bəyanatda bildirilib.
Səlahiyyətlilər daha sonra pilotsuz uçuş aparatlarının hava limanının hava məkanından uzaqlaşdığını açıqlayıblar.
Oxşar hadisə bu həftənin əvvəlində Kopenhagen hava limanında da baş verib və uçuşlar müvəqqəti dayandırılıb.
Danimarkanın Baş naziri Mette Frederiksen Kopenhagendəki hadisə ilə bağlı açıqlamasında pilotsuz uçuş aparatlarının Rusiya tərəfindən göndərilməsi ehtimalını istisna etmədiklərini bildirib.