Hakan Fidan: “Kiprdəki türklərin yanında olmağa davam edəcəyik”
Türkiyənin xarici işlər naziri Hakan Fidan Şimali Kipr Türk Cümhuriyyətinin qurulmasının 42-ci ildönümü münasibətilə paylaşım edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Şimali Kipr Türk Cümhuriyyətinin qurulmasının 42-ci ildönümü münasibətilə paylaşım edib. Nazir paylaşımında belə deyib:
“Türkiyə Şimali Kipr Türk Cümhuriyyəti ilə sarsılmaz əlaqələrini həmişə qoruyacaq və Kiprdəki türklərin yanında olmağa davam edəcək’’.
Hakan Fidan adadakı reallıqlara əsaslanaraq Kipr məsələsinə ədalətli və davamlı həll yolunun tapılmasının vacibliyini vurğulayıb. O, bildirib ki, həll adada iki dövlətin birgə yaşaması prinsipinə əsaslanmalıdır.
Nazir qeyd edib ki, həllin açarı adanın bərabər sahibləri olan Kiprdəki türklərin suveren bərabərlik və bərabər beynəlxalq status kimi təməl hüquqlarının tanınmasından keçir.
Türkiyənin ŞKTC ilə güclü əlaqələri davam etdirəcəyini bir daha qeyd edən Hakan Fidan deyib:“Şimali Kipr Türk Cümhuriyyəti ilə sarsılmaz əlaqələrimizi həmişə qoruyacağıq və Kiprdəki türklərin yanında olmağa davam edəcəyik’’.