"Türkiyə G20-də qlobal sabitliyə güclü sadiqlik nümayiş etdirir", B.Duran

Burhanəddin Duran müdafiə, ticarət, enerji, texnologiya və aviasiya sahələrində əməkdaşlığı müzakirə etdiklərini bildirib

By
Burhanettin Duran / AA

Prezident Rəcəb Tayyib Ərdoğan zirvə görüşlərində mətbuat konfranslarında və çoxsaylı ikitərəfli görüşlərdə Ankaranın fikirlərini təsirli şəkildə çatdırıb.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanettin Duran Türkiyənin Cənubi Afrikada həftəsonu keçirilən G20 zirvə görüşündə regional sülhə və qlobal iqtisadi sabitliyə "güclü sadiqliyini" vurğuladığını söyləyib.

Burhanettin Duran noyabrın 23-də Türkiyənin "NSosyal" sosial media platformasında etdiyi paylaşımda prezident Rəcəb Tayyib Ərdoğanın zirvə görüşlərində, mətbuat konfranslarında və çoxsaylı ikitərəfli görüşlərdə müdafiə, ticarət, enerji, texnologiya və aviasiya sahələrində əməkdaşlığı müzakirə edərək Ankaranın fikirlərini təsirli şəkildə çatdırdığını bildirib.

B.Duran ölkənin artan diplomatik təsirini və Ərdoğanın Qəzzada humanitar böhrana və qlobal tədbirlərə ehtiyac duyulmasını vurğuladığını qeyd edib.

O, Türkiyənin Ukrayna-Rusiya münaqişəsinə konstruktiv yanaşması və daha inklüziv qlobal iqtisadiyyat çağırışlarının da dilə gətirildiyini deyib.

Türkiyə COP31-ə ev sahibliyi edəcək

Burhanettin Duran Türkiyənin sədrliyinə və gələn ilin noyabr ayında keçiriləcək BMT-nin iqlim dəyişikliyi konfransı COP31-ə ev sahibliyi etməsinə işarə edib.

O, Türkiyənin iqlim fəaliyyətində aparıcı aktyor olduğunu və 2053-cü il üçün Sıfır Xalis Emissiya Hədəfi və Sıfır Tullantı Hərəkatı kimi təşəbbüslərin ölkənin davamlı inkişafa sadiqliyini nümayiş etdirdiyini bildirib.

Burhanəddin Duran deyib: "Prezidentimiz Rəcəb Tayyib Ərdoğan tərəfindən elan edilən 2053-cü il üçün Sıfır Xalis Emissiya Hədəfi, Türkiyənin yalnız bu günü deyil, həm də gələcəyi nəzərə alan inkişaf yanaşmasını dünyaya nümayiş etdirir. Enerji və nəqliyyatdan şəhərsalma və istehsala qədər bütün siyasət sahələrində yaşıl transformasiyaya üstünlük verən bu vizyon COP31 prosesi üçün güclü liderlik əsasını təşkil edir".

Duran həmçinin bildirib ki, "Birinci xanım Əminə Ərdoğanın himayəsi altında qlobal ekoloji hərəkata çevrilən Sıfır Tullantı Təşəbbüsü daha yaşana bilən bir dünya üçün ən ilhamverici uğur hekayələrindən biridir. Tullantıların azaldılması, resurslardan səmərəli istifadə və təbiətə hörmət edən həyat mədəniyyətinin təşviqi COP31-in ruhuna tam uyğun gələn məqsədlər arasındadır. İnanıram ki, bu tarixi görüş ölkəmizdə iqlim diplomatiyasının ürəyinin Anadoluda döyündüyü və qlobal həllərin Türkiyədən əks-səda verdiyi bir proses olacaq".