SİYASƏT
2 dəqiqə oxuma
Vladimir Putin avropalı hərbçilərin Ukraynaya göndərilməsi ehtimalına münasibət bildirib
Rusiya Prezidenti Vladimir Putin Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən 18-ci BRICS liderlərinin sammitindən sonra jurnalistlərin suallarını cavablandırıb
Vladimir Putin avropalı hərbçilərin Ukraynaya göndərilməsi ehtimalına münasibət bildirib
Vladimir Putin avropalı hərbçilərin Ukraynaya göndərilməsi ehtimalına münasibət bildirib

Rusiya Prezidenti Vladimir Putin Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən 18-ci BRICS liderlərinin sammitindən sonra jurnalistlərin suallarını cavablandırıb.

Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə "Almaniya üçün Alternativ" (AfD) partiyasının qələbə qazanmasına münasibət bildirən Vladimir Putin Avropada baş verən proseslərin əsasən Qərb siyasi dairələrinin siyasət, təhlükəsizlik və iqtisadiyyat sahələrində buraxdıqları sistemli səhvlərin nəticəsi olduğunu qeyd edib.

Hər kəsin, o cümlədən Rusiyanın da səhvlərə yol verdiyini qeyd edən Vladimir Putin soyuq müharibənin başa çatmasından və Sovet İttifaqının dağılmasından sonra Qərb siyasi dəirələrinin özlərini zirvədə hiss etdiklərini, hər şeyə qadir və toxunulmaz olduqları qənaətinə gəldiklərini vurğulayıb.

Qərbin daim Rusiyaya təzyiq göstərməyə çalışdığını diqqətə çatdıran Vladimir Putin deyib: "Onlar bunu əvvəlcə Qafqazda terrorçular və separatçılar vasitəsilə etməyə çalışdılar. İndi isə bunu Ukraynadakı nasist rejimi vasitəsilə reallaşdırmağa çalışırlar. Məqsədləri Rusiyanı parçalamaq olub’’.

Ukraynadakı böhranın Qərb tərəfindən təhrik edildiyini və əsas məqsədin Ukraynanı NATO-ya üzv etmək olduğunu qeyd edən Rusiya Prezidenti deyib: "Bu gün Ukraynada baş verən faciəli hadisələrin əsas səbəbi budur. Buna görə məsuliyyət Qərb siyasi dairələrinin üzərinə düşür, lakin onlar daim günahı başqasının üzərinə yıxmağa çalışırlar".

Vladimir Putin həmçinin Avropanın Rusiyadan təbii qaz almaqdan imtina etdiyini və hazırda həmin enerjini digər mənbələrdən qat-qat baha qiymətə əldə etdiyini xatırladıb.

Avropa hərbi qüvvələrinin Ukraynada yerləşdirilməsi ehtimalına toxunan Vladimir Putin deyib: "İndi Qərb elitaları Ukrayna ərazisinə qoşun göndərməyi düşünürlər. Bu, Rusiya ilə birbaşa müharibə demək olardı. Hesab edirəm ki, Avropa ölkələrinin vətəndaşları baş verənlərin təhlükəsindən xəbərdardırlar və Almaniyadakı seçki nəticələri, eləcə də Avropadakı ümumi siyasi proseslər məhz bu narahatlığa əsaslanır".

Araşdırma
ABŞ İran heyətinə "ölkəni tərk edin" təlimatı verib
Fransa və Böyük Britaniya La-Manş boğazı ilə bağlı sazişinin ləğvini müzakirə edir
Yunanıstanlı deputat etiraf etdi: "Türkiyənin müdaxiləsindən sonra geri addım atdıq"
Səudiyyə Ərəbistanı Nazirlər Kabineti Türkiyə ilə viza rejiminin ləğvi haqqında sazişi təsdiqləyib
Tramp İrana qarşı sanksiyaları yumşaltmağa hazır olduğu ilə bağlı yayılan xəbərləri təkzib edib
Rusiya ordusu Kiyevə yeni hücumlar təşkil edib, bir Azərbaycan vətəndaşı həlak olub
Serbiya Prezidenti A.Vuçiç vəzifəsindən istefa verdi
İran ABŞ ilə danışıqlar aparmaq niyyətində olmadığını açıqlayıb
D.Tramp İranın 7 günlük atəşkəs təklifini qəbul etmədi
K. Mitsotakis BMT-dəki çıxışında Türkiyə-Yunanıstan münasibətlərini qiymətləndirib
Pezeşkian ABŞ ilə "razılığa gəlməyə hazır" olduqlarını bildirib
Donald Tramp Si Cinpini hava limanında qarşılayıb
ABŞ prezidenti D.Tramp ilə Venesuelanın müvəqqəti dövlət başçısı D.Rodriqez görüş keçiriblər
Fələstin dövlət rəsmisi N.Rudeyne M.Abbasın BMT-də iştirakının qarşısının alınması ilə bağlı danışıb
Qərbi Trakiya türklərindən N.Papaioannunun türk dili ilə bağlı sözlərinə reaksiya
E.Börnhem İordan çayının qərb sahili və Qəzzadakı vəziyyəti qiymətləndirib
Abbas Əraqçi Stiv Vitkoff və Cared Kuşnerlə görüşüb
Kosovo Baş naziri Türkiyənin dəstəyinə görə Prezident R.T.Ərdoğana təşəkkür edib
Prezident R.T.Ərdoğan "Bloomberg" üçün məqalə qələmə aldı
İbrahim Kalın Liviya müdafiə naziri Əbdüssalam Zubi ilə görüş keçirib