TÜRKİYƏ
2 dəqiqə oxuma
Prezident R.T.Ərdoğan Türkiyə istiqamətində atılan üçüncü raketə görə xəbərdarlıq edib
Ölkə başçısı rəsmi Ankaranın Türkiyəni müharibəyə cəlb etməyi hədəfləyən planlar və təxribatlar qarşısında diqqətlə hərəkət etdiyini vurğulayıb
Prezident R.T.Ərdoğan Türkiyə istiqamətində atılan üçüncü raketə görə xəbərdarlıq edib
Prezident R.T.Ərdoğan Türkiyə istiqamətində atılan üçüncü raketə görə xəbərdarlıq edib / AA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan Türkiyə istiqamətində atılan üçüncü raketin NATO tərəfindən zərərsizləşdirilməsindən sonra təxribatlara qarşı xəbərdarlıq edib.

Ölkə rəhbəri R.T.Ərdoğan bildirib ki, genişlənən regional münaqişədən Türkiyəni uzaq saxlamaq hökumətin ən mühüm prioritetidir.

Məsələylə bağlı martın 13-də açıqlama verən Prezident R.T.Ərdoğan deyib: “Ölkəmizi bu od çuxurunun kənarında saxlamaq ən böyük prioritetimizdir.” O, rəsmi Ankaranın Türkiyəni müharibəyə cəlb etməyi hədəfləyən planlar, tələlər və təxribatlar qarşısında son dərəcə diqqətli hərəkət etdiyini vurğulayıb.

Dövlət başçısı R.T.Ərdoğan bildirib ki, Türkiyə öz ərazisini hədəf alan təhdidlərə qarşı zəruri addımlar atıb və hava məkanının müdafiəsini davam etdirəcək.

O qeyd edib ki, Türkiyənin hava məkanını pozan bütün təhdidlərə qarşı lazımi tədbirlər görülüb və dünən gecə də olduğu kimi dərhal hərəkətə keçilib.

 

Məzhəbi gərginliklə bağlı xəbərdarlıq

Türkiyə Prezidenti R.T.Ərdoğan davam edən böhran fonunda məzhəb və etnik gərginliyi qızışdırmağa yönəlmiş cəhdlərə qarşı vətəndaşları diqqətli olmağa çağırıb. O bildirib ki, belə gərginliklər İrana qarşı hücumlar və regionda ümumi qeyri-sabitlik şəraitində qəsdən təhrik edilə bilər.

“Vətəndaşlarımız məzhəb və etnik gərginliyi təhrik etməyə yönəlmiş cəhdlər qarşısında diqqətli olmalıdır”, – deyə R.T.Ərdoğan vurğulayıb.

Prezident dəyişən geosiyasi mühitin Türkiyədən daha sürətli və daha strateji addımlar atmağı tələb etdiyini də qeyd edib.

“Yeni bir dövrə daxil oluruq. Bu dövrdə daha sürətli hərəkət etməli, daha çevik və daha proaktiv olmalıyıq”, – deyə o bildirib.

 

“İnsanlığın vicdanı”

Prezident R.T.Ərdoğan həmçinin xüsusilə Qəzza ilə bağlı beynəlxalq ictimaiyyətin seçici reaksiyalarını tənqid edib. O bildirib ki, bəzi ölkələr zülmə və soyqırıma göz yumur, bəziləri isə zorakılığa görə məsuliyyət daşıyan tərəfləri açıq şəkildə dəstəkləyir.

“Virtual dünyanın saxta vicdanı səbəbindən yetim qalan fələstinli və suriyalı uşaqların çəkdiyi əzab tək bir pinqvinin gördüyü diqqəti belə görmür”, – deyə R.T.Ərdoğan qeyd edib.

Prezident əlavə edib ki, vicdan böhranının yaşandığı bir dünyada Türkiyə insanlığın vicdanı olmaq üçün mübarizə aparır.

MƏNBƏ:TRT
Araşdırma
İran: Hörmüz boğazında 2 supertankerdə partlayışdan sonra yanğın baş verib
Pezeşkian: "ABŞ və İsrailin İrana qarşı hücumları 1,5 milyon ton CO2 emissiyasına səbəb olub"
İran BMT və BAEA-nı ABŞ-nin nüvə proqramı ilə bağlı 20 milyon dollarlıq təklifini pisləməyə çağırıb
BMT Baş katibi Antonio Quterreş COP31-də ölkələri "İqlim Ədaləti Sazişi"ni qəbul etməyə çağırıb
Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün keçirilən üçtərəfli danışıqların ikinci günü başladı
"TRT-nin 18-ci Beynəlxalq Sənədli Film Mükafatları" üçün müraciətlərin qəbuluna başlanılıb
Avropa İttifaqı Şurası ilə Avropa Parlamenti İttifaqın 2027-ci il büdcəsi üzrə razılığa gəlib
Portuqaliya XİN Mark Ruttenin açıqlamasına reaksiya göstərib
İsraildəki Birgə Ərəb Siyahısı: Netanyahu tam histeriya içindədir, bəyanatları dəlilik, irqçilikdir
Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb
200-dən çox ölkənin nümayəndəsi Antalyada keçirilən COP31 sammitində bir araya gəlir
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında elektrik layihələrində əməkdaşlıq
BMT-nin Baş katibi Quterreş Türkiyəni COP31 sammiti təşkilatçılığına görə tərifləyib
Danimarka Ukraynaya hərbi və enerji sahələrində 750 milyon dollara yaxın dəstək göndərəcək
Türkiyə yaşıl, rəqəmsal keçidi sürətləndirmək məqsədilə "Yaşıl Uzlaşma Fəaliyyət Planı"nı yeniləyib