Dmitri Peskov: ''Rusiya-Ukrayna danışıqlarının növbəti mərhələsi İstanbulda keçirilə bilər''
Kremlin sözçüsü Dmitri Peskov Moskvada keçirdiyi mətbuat konfransında Ukrayna ilə aparılan danışıqlar prosesinə dair mühüm açıqlamalar verib
Kremlin sözçüsü Dmitri Peskov Moskvada keçirdiyi mətbuat konfransında Ukrayna ilə aparılan danışıqlar prosesinə dair mühüm açıqlamalar verib. Dmitri Peskov bildirib ki, İstanbul platforması hazırda bütün tərəflər üçün məqbul variantdır və hər kəs bu məkanı müsbət qiymətləndirir. Bu səbəbdən danışıqların məhz İstanbulda davam etdirilməsi imkanları aktual olaraq qalır.
Sözçü əvvəlki görüşlərin təşkilində göstərdiyi dəstəyə görə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) təşəkkürünü ifadə edib. O, BƏƏ hakimiyyətinin yaratdığı işgüzar atmosferin tərəflər tərəfindən yüksək qiymətləndirildiyini və prosesin təşkilində göstərilən köməyin əhəmiyyətini vurğulayıb.
Rusiyada müşahidə olunan internet kəsintiləri məsələsinə də toxunana Dmitri Peskov qeyd edib ki, bu kəsintilər ölkənin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilir və zərurət olduqca davam etdiriləcək.