SİYASƏT
1 dəqiqə oxuma
S.Lavrov Ukrayna məsələsi üzrə M.Rubio ilə görüşməyə hazır olduğunu bildirib
Rusiya XİN rəhbəri Sergey Lavrov rəsmi Moskvanın Ukrayna ilə bağlı əsas tələblərini və prioritetlərini vurğulayıb
S.Lavrov Ukrayna məsələsi üzrə M.Rubio ilə görüşməyə hazır olduğunu bildirib
S.Lavrov Ukrayna məsələsi üzrə M.Rubio ilə görüşməyə hazır olduğunu bildirib / Reuters

Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya dövlət xəbər agentliyi RİA-ya açıqlamasında bildirib ki, Ukraynada sülhün əldə edilməsi üçün Rusiyanın maraqları nəzərə alınmalıdır. Həmçinin S.Lavrov məsələylə bağlı ABŞ Dövlət katibi Marko Rubio ilə danışıqlar aparmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, Kreml ötən ay Rusiya prezidenti ilə ABŞ prezidenti Donald Tramp arasında zirvə görüşünün təşkili üzrə cəhdlərin dayandırılmasından sonra S.Lavrovun Vladimir Putinin gözündən düşdüyü barədə yayılan ehtimalları noyabrın 7-də təkzib edib.

“Reuters” və digər media qurumlarının xəbərinə görə, rəsmi Vaşinqton yeni zirvə görüşünü ona görə ləğv edib ki, S.Lavrovun rəhbərlik etdiyi Rusiya Xarici İşlər Nazirliyi ABŞ tərəfinə rəsmi Moskvanın Ukrayna məsələsində irəli sürdüyü tələblərdən heç bir güzəştə getməyə hazır olmadığını bildirib.

Britaniyanın “Financial Times” qəzeti yazır ki, S.Lavrovun ABŞ Dövlət katibi M.Rubio ilə keçirdiyi görüşün nəticəsi Vaşinqton rəhbərliyində narazılıq yaradıb. Ehtimal var ki, ABŞ administrasiyasının yeni Rusiya–ABŞ zirvəsindən imtina etməsinə səbəb bu ola bilər.

S.Lavrov noyabrın 9-da RİA-ya müsahibəsində belə deyib: “Dövlət katibi Marko Rubio ilə mən, müntəzəm əlaqənin zəruriliyini anlayırıq. Ukrayna məsələsini müzakirə etmək və ikitərəfli gündəliyi irəli aparmaq baxımından bu vacibdir. Bu səbəbdən telefonla əlaqə saxlayırıq və zərurət yarandıqda üzbəüz görüşməyə hazırıq.”

MƏNBƏ:TRT
Araşdırma
İran XİN rəhbəri Abbas Ərakçi:"Hazırda ABŞ ilə danışıqlar aparmırıq"
İran Hörmüz boğazının açılması üçün altı şərt irəli sürüb
M.Zaxarova: “NATO və Aİ beynəlxalq terrorizmin bir hissəsinə çevrilib”
İran Hörmüz boğazında sabitliyi bərpa etmək üçün regional əməkdaşlıq çağırışı edib
Qeyri-qanuni israilli köçkünlər İordan çayının qərb sahilində iki məscidi yandırıblar
İran Xəzər dənizində ticarət gəmisinə edilən hücumda Ukraynanı günahlandırır
K.J.Tokayev V.Putinə Ukrayna müharibəsini "İstanbul Formulu 2.0" çərçivəsində dondurmağı təklif edib
BMT Baş katibi 17 ildən sonra Dəməşqə səfər edib
İran XİN rəhbəri A.Əraqçi rusiyalı və pakistanlı həmkarları ilə görüş keçirib
Türkiyə dövləti “Məscidi Əqsa”ya edilən basqınla bağlı bəyanat yayıb
İran prezidenti M.Pezeşkian ölkədəki iqtisadi problemlərlə bağlı danışıb
Endi Bernem Böyük Britaniyanın yeni Baş naziri oldu
Türkmənistan Prezidenti S.Berdiməhəmmədov Gürcüstana rəsmi səfər edib
"Tramp Netanyahunun Türkiyəyə F-35 satışı təklifini tənqid etməsinə qəzəbləndi"
D. Peskov:"Ukrayna böhranın sülh yolu ilə həll edilməsini istəmir"
Suriya ABŞ-nin ölkəni "terroru dəstəkləyən ölkələr" siyahısından çıxarmasını alqışlayıb
İran ABŞ-yə sərt xəbərdarlıq etdi
Donald Tramp: "İranın hər hücumuna adekvat cavab veriləcək''
ABŞ-ın müdafiə naziri İsrailin Baş naziri B.Netanyahu ilə planlaşdırılan görüşünü təxirə salıb
NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub